Aşqarlar Kimyası İnstitutu Türkiyənin aparıcı universitetləri ilə əlaqələrini genişləndirir AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Üzvi birləşmələrin və kompozisiyaların analizi və fiziki-kimyəvi tədqiqi laboratoriyasının müdiri Mənsurə Hüseynova beynəlxalq əməkdaşlıq çərçivəsində Türkiyənin aparıcı universitetlərində elmi ezamiyyətdə olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, gənc alim Marmara Universitetinin Kimya bölümü dekanı Ali Rza Özkaya və Türkiyə Kimya Dərnəyi Başkanı Bahattin Yalçınla, Gəbzə Texnik Universitetinin rektor müavini Mahmut Durmuşla, Bezmialəm Vakıf Universitetinin Kimya bölümü dekanı Gülaçdı Topçu ilə, NBUAM - Nanotexnoloji və Biomazəmələr Uyqulama və Araşdırma Mərkəzinin müdiri Oğuzhan Gündüzlə görüşlər keçirib. Tərəflər arasında birgə tədqiqatlar və həyata keçirilə biləcək elmi layihə məsələlərini müzakirə ediblər.
M.Hüseynova ezamiyyət müddətində həmin universitetlərin laboratoriyalarında aparılan müasir tədqiqatlarla da yaxından tanış olub.
Gənc laboratoriya müdiri, eyni zamanda, İstanbul Cərrahpaşa Universitetində keçirilmiş “En-Chem'SS- Yenilənə bilən enerji” yaşıl kimya konfransında iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 16 Dekabr 2024 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















