Astana şəhərində S. Seifullin adına Qazax Aqrotexniki Universitetində Bauırjan Momışulunun muzeyi açılıb KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Astana şəhərində Saken Seifullin adına Qazax Aqrotexniki Universitetində görkəmli qazax hərbi xadimi və yazıçısı Bauırjan Momışuluna həsr olunmuş muzeyin təntənəli açılış mərasimi keçirilib.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Bauırjan Momışulı (1910–1982) – Sovet İttifaqı Qəhrəmanı (1990, ölümündən sonra), Böyük Vətən Müharibəsinin iştirakçısı, əfsanəvi general Panfilovun rəhbərlik etdiyi 316-cı atıcı diviziyada batalyon komandiri, həmçinin müharibə və hərbi psixologiya mövzusunda bir sıra əsərlərin müəllifidir.
Açılış mərasimində Parlament deputatları, Böyük Vətən Müharibəsinin veteranları, həmçinin Birinci Qarabağ müharibəsinin iştirakçıları iştirak ediblər. Muzeydə Bauırjan Momışulunun şəxsi əşyaları, sənədləri, fotoları və ədəbi əsərləri sərgilənir. Ekspozisiyada onun vətənpərvərlik ruhunun formalaşmasındakı rolu və gənclərin hərbi cəsarətinin tərbiyəsindəki əhəmiyyəti xüsusi vurğulanır.
Ölkənin aparıcı aqrar ali məktəbində bu muzeyin açılması tarixi yaddaşın qorunmasının və gənc nəslin vətənpərvərlik və qəhrəmanlıq ruhunda tərbiyəsinin vacibliyini bir daha nümayiş etdirir.
Muzey universitetin tələbələri, müəllimləri və Bauırjan Momışulunun həyat və irsi ilə tanış olmaq istəyən hər kəs üçün açıqdır.
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 08 May 2025 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















