Astanada “Rəqəmsal İpək Yolu” layihəsinin tətbiq edilməsindən bəhs edilib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Astana, 7 oktyabr, AZƏRTAC
Qazaxıstanda “Rəqəmsal İpək Yolu” layihəsi həyata keçirilir, onun çərçivəsində bütün yükdaşımalarının izlənməsi üçün vahid rəqəmsal logistika xəritəsi yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə maliyyə naziri Madi Takiyev hökumətin iclasında məlumat verib.
Layihənin məqsədi yükdaşıma haqqında məlumatların vizuallaşdırılmasıdır ki, bu da yol və keçid məntəqələrində yüklülüyü müəyyən etməyə, həmçinin yol infrastrukturunun inkişafını təhlil etməyə imkan verəcək.
“Layihə çərçivəsində gömrük postları, yanacaqdoldurma məntəqələri, müvəqqəti saxlama anbarları, nəzarət məntəqələri və ödəniş toplama məntəqələri rəqəmsallaşdırılacaq və xəritədə geolokasiya ediləcək”, - deyə nazir izah edib.
Yeni sistem elan edilmiş marşrutdan kənarlaşmaları operativ şəkildə müəyyən etməyə və potensial saxta tranzitin qarşısını almağa kömək edərək əlavə nəzarət səviyyəsini təmin edəcək.
“Rəqəmsal İpək Yolu” (Digital Silk Way) müxtəlif ərazilərdən, o cümlədən Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistandan keçəcək rəqəmsal telekommunikasiya dəhlizinin yaradılması üzrə meqalayihədir. Bu rəqəmsal infrastruktur yüksək məlumat ötürmə sürəti və minimum gecikmə ilə ən səmərəli və daha qısa marşrutu təmin edəcək, regional əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirəcək və bu ölkələrin davamlı inkişafına kömək edəcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 07 Oktyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















