Icma.az
close
up
RU
Yusif Cabbarov: “Rəqəmsal İpək Yolu” layihəsinin yeni mərhələsi Avropa və Asiyanı birləşdirəcək

Yusif Cabbarov: “Rəqəmsal İpək Yolu” layihəsinin yeni mərhələsi Avropa və Asiyanı birləşdirəcək

Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

NEQSOL Holding “Rəqəmsal İpək Yolu” (“Digital Silk Way”) layihəsinin mühüm hissəsi olan Transxəzər fiber-optik kabel xəttinin tikintisi üzrə tender proseslərinin uğurla başa çatdığını və tikintinin birinci mərhələsinin başlandığını elan edir.

Transxəzər kabel xətti layihəsi, NEQSOL Holding-in tərkibinə daxil olan Azərbaycanın magistral internet provayderi “AzerTelecom” şirkəti tərəfindən Qazaxıstanın milli telekommunikasiya operatoru “Kazakhtelecom” ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir.

Bu strateji layihə Xəzər dənizinin dibi ilə 380 km uzunluğunda fiber-optik kabel xəttinin tikintisini nəzərdə tutur. Bu xətt Azərbaycanın Sumqayıt və Qazaxıstanın Aktau şəhərlərini birləşdirəcək, yüksəkhəcmli məlumatların ötürülməsini və 400 terabit/s-ə qədər yüksəksürətli internet bağlantısını təmin edəcək.

“Transxəzər kabel xətti “Rəqəmsal İpək Yolu” layihəsinin mühüm hissəsidir. Bu layihə Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan daxil olmaqla bir sıra ölkələrdən keçən rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutur”, NEQSOL Holding-in Baş Direktoru Yusif Cabbarov qeyd edib.

““Rəqəmsal İpək Yolu”nun infrastrukturu yüksəksürətli məlumat ötürmə imkanı sayəsində Avropa və Asiya arasında ən optimal və qısa marşrutun yaradılmasını təmin edəcək. Bu, regional əməkdaşlığın güclənməsinə və region ölkələrinin iqtisadi inkişafına töhfə verəcək. Bu layihəni həyata keçirən və bütün region üçün tarixi bir nailiyyətə imza atan komandamızla böyük qürur duyuram”, – deyə Yusif Cabbarov əlavə edib. 

Transxəzər kabel xəttinin tikintisi bir neçə mərhələdə həyata keçiriləcək. Bu mərhələlərə sahilyanı ərazilərin və dəniz dibinin qiymətləndirilməsi, yüksək keyfiyyətli və davamlı kabellərin layihələndirilməsi və istehsalı, onların daşınması və quraşdırılması daxildir. “AzerTelecom” və “Kazakhtelecom” şirkətləri tikinti işlərini 2026-cı ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırır.

NEQSOL Holding haqqında

NEQSOL Holding telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahələrində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. Qrup dünyada 25 milyondan çox müştəriyə xidmət göstərir. Əlavə məlumat üçün: https://www.neqsolholding.com  AzerTelecom haqqında “AzerTelecom” Azərbaycanın aparıcı telekommunikasiya şirkətidir, topdansatış operatoru səviyyəsində rabitə xidmətləri, eləcə də rəqəmsal və digər xidmətlər təqdim edir.

“AzerTelecom” müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding-in tərkibində olan “Azerconnect Group”a daxildir. Kazakhtelecom haqqında Kazakhtelecom Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiya operatoru statusuna malikdir. Şirkət sabit telefon, genişzolaqlı internet, rəqəmsal televiziya, mobil rabitə və digər telekommunikasiya xidmətləri təqdim edir.

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sitat.info
archiveBu xəbər 14 Mart 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri