Icma.az
close
up
RU
Astanada Zəfər Gününə həsr edilən kitabın təqdimatı olub

Astanada Zəfər Gününə həsr edilən kitabın təqdimatı olub

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Astanada Zəfər Gününə həsr edilən kitabın təqdimatı olub.

Azərbaycanın Qazaxıstandakı səfirliyi Astanada Zəfər Gününə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət amili” kitabının təqdimatını keçirib.

Bu barədə "Cebheinfo.az" a səfirlikdən məlumat verilib.

Bildirilib ki, kitab Bakı Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə layihəsi əsasında ərsəyə gəlib.

Layihənin rəhbəri və kitabın giriş sözünün müəllifi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, elmi redaktoru isə tarix elmləri doktoru, professor, dövlət mükafatı laureatı Kərim Şükürov olub.

Nəşrdə Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafını, xalqın birliyini, ölkənin suverenliyini və ərazi bütövlüyünü təmin edən lider kimi rolundan bəhs edilir. Kitabda Ali Baş Komandan İlham Əliyevin qələbə strategiyasının əsas istiqamətləri yer alır, İkinci Qarabağ müharibəsi illərində qələbə və diplomatiya salnaməsi tədqiq edilir.

Tədbirdə çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov bütün azərbaycanlıları 8 Noyabr - Zəfər Günü, eləcə də 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

O qeyd edib ki, bu kitabı Azərbaycanın müasir tarixi ilə bağlı dəyərli məlumat mənbəyi hesab etmək olar.

Kitabın təqdimatına Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini İlqar Niftəliyev moderatorluq edib. 

“Bu kitab üzərində iş əslində 44 günlük müharibə bitdikdən sonra başlayıb və 2021-ci ildə qələbənin ildönümündə nəşr olunub. 
“Kitabın ərsəyə gəlməsində təkcə tarixçilər deyil, həm də dövlət xadimləri iştirak ediblər”
, - deyə o bildirib.

Tədbir çərçivəsində Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi illərində dünya mətbuatına müsahibələri, Azərbaycan və Qazaxıstan rəhbərləri tərəfindən Füzuli şəhərində Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzinin açılışına və Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısına həsr olunmuş videomateriallar nümayiş etdirilib.

Nigar
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Noyabr 2024 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri