Icma.az
close
up
RU
Astanada Zəfər Gününə həsr edilən kitabın təqdimatı olub FOTO

Astanada Zəfər Gününə həsr edilən kitabın təqdimatı olub FOTO

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın Qazaxıstandakı səfirliyi Astanada Zəfər Gününə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət amili” kitabının təqdimatını keçirib.

Bu barədə Moderator.az-a səfirlikdən məlumat verilib.

Bildirilib ki, kitab Bakı Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə layihəsi əsasında ərsəyə gəlib.

Layihənin rəhbəri və kitabın giriş sözünün müəllifi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, elmi redaktoru isə tarix elmləri doktoru, professor, dövlət mükafatı laureatı Kərim Şükürov olub.

Nəşrdə Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafını, xalqın birliyini, ölkənin suverenliyini və ərazi bütövlüyünü təmin edən lider kimi rolundan bəhs edilir. Kitabda Ali Baş Komandan İlham Əliyevin qələbə strategiyasının əsas istiqamətləri yer alır, İkinci Qarabağ müharibəsi illərində qələbə və diplomatiya salnaməsi tədqiq edilir.

Tədbirdə çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov bütün azərbaycanlıları 8 Noyabr - Zəfər Günü, eləcə də 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

O qeyd edib ki, bu kitabı Azərbaycanın müasir tarixi ilə bağlı dəyərli məlumat mənbəyi hesab etmək olar.

Kitabın təqdimatına Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini İlqar Niftəliyev moderatorluq edib. “Bu kitab üzərində iş əslində 44 günlük müharibə bitdikdən sonra başlayıb və 2021-ci ildə qələbənin ildönümündə nəşr olunub. “Kitabın ərsəyə gəlməsində təkcə tarixçilər deyil, həm də dövlət xadimləri iştirak ediblər”, - deyə o bildirib.

Tədbir çərçivəsində Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi illərində dünya mətbuatına müsahibələri, Azərbaycan və Qazaxıstan rəhbərləri tərəfindən Füzuli şəhərində Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzinin açılışına və Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısına həsr olunmuş videomateriallar nümayiş etdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Noyabr 2024 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri