Icma.az
close
up
RU
Astara sakini Məşğulluq Agentliyindən şikayətçidir, qarşı tərəf isə... VİDEO

Astara sakini Məşğulluq Agentliyindən şikayətçidir, qarşı tərəf isə... VİDEO

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Astara rayonu, Qamışovka kənd sakini Əsədullayev İmaməli Rza oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, 1 ildən artıqdırişlə bağlı Məşğulluq Agentliyinə müraciət etsə də, hələ də işsizdir:

“Mən, Əsədullayev İmaməli Rza oğlu, bildirirəm ki, 1 ildən artıqdır işsizəm. Astara Məşğulluq Agentliyindən bildirirlər ki, sənə uyğun iş yeri yoxdur. İşsizlik üçün isə heç bir müavinat verilmir. Bir ildir eyni sözləri təkrar edirlər.

Şikayətçinin redaksiyamıza göndərdiyi video müraciəti olduğu kimi dərc edirik:

Məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə əlaqə saxladıq. Agentlikdən bildirdilər ki, Astara rayonu, Qamışovka kənd sakini Əsədullayev İmaməli Rza oğlunun müraciəti araşdırılıb:

“Vətəndaşın istəyi dövlət və ya özəl müəssisələrin birində ofis şəraitli, kompüter işi ilə təmin olunmaqdır. Vətəndaş 2024-cü ilin mart ayından məşğulluq sistemində işsiz kimi qeydiyyata alınıb və ona elə həmin tarixdən başlayaraq 2024- və 2025-ci illərdə “Lənkəran Konserv Zavodu” MMC-da operator işi, “Kredit Evi” ASC-də kredit işçisi, “Bank Olmayan Kredit Təşkilati “International” ASC-də kiçik kredit mütəxəssisi , "AZƏRPOÇT" MMC-də, Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı Və Bərpası Üzrə Dövlət Xidmətində baş mütəxəssis-abidə mühafizəçisi kimi işlər təklif edilib.

Hazırda vakansiya bankında İmaməli Əsədullayevin istəyinə uyğun münasib iş yeri olmadığından vətəndaşa məşğulluğunun təmin edilməsi üçün digər aktiv məşğulluq tədbirləri barədə məlumat verilib. Lakin İmaməli Əsədullayev işlə təmin olunmaq istədiyini bildirərək digər məşğulluq tədbirlərinə cəlb olunmaqdan imtina edib. Vakansiya bankında münasib iş yeri yaranacağı təqdirdə vətəndaşın işlə təmin olunması istiqamətində müvafiq tədbirlər görüləcək”.

Jalə FAMİLQIZI

Hurriyyet.az

Share

Tweet

Email

Share

Share

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Dekabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri