Icma.az
close
up
RU
DEDİLƏR Kİ, DAM TİK, SƏNƏ HEYVAN VERƏCƏYİK, AMMA... Sabirabad sakini Dövlət Məşğulluq Agentliyindən şikayətçidir

DEDİLƏR Kİ, DAM TİK, SƏNƏ HEYVAN VERƏCƏYİK, AMMA... Sabirabad sakini Dövlət Məşğulluq Agentliyindən şikayətçidir

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sabirabad rayonu, Polatuağ kənd sakini Qurbanova Çiçək Əsədağa qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, heyvan verilməsi ilə bağlı Dövlət Məşğulluq Agentliyinə müraciəti cavabsız qalıb:

“Mən, Qurbanova Çiçək Əsədağa qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

5 uşaq anasıyam. Heç vaxt heç bir yardım almamışam. Uşaqlarımın 3-ü yanımda yaşasa da, onlar da işsizlikdən əziyyət çəkirlər. Övladımın biri Dövlət Məşğulluq Agentliyində işsizliyə görə qeydiyyatdadır.

Çətin vəziyyətdəyəm. Bundan əlavə, 3 yaşından anasız böyüyən nəvəmə də mən baxıram. Hazırda 15 yaşı var.

13 il “Quşçuluq” şirkətində, 8 il isə “kolxoz”da işləmişəm. Ailədə 6 nəfərik. Təkcə yoldaşım işləyir.

Ünvanlı sosial yardım düşmədi deyə, heyvan almaq üçün adımı ağentliyə yazdırdım. Gəlib baxış keçirdilər, dedilər ki, dam tik, verəcəyik. Amma hələ də xəbər yoxdur".

Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyinin Mətbuat Xidmətindən Hurriyyet.az-a bildirdilər ki, Sabirabad rayon sakini Qurbanova Çiçək Əsədağa qızının müraciəti araşdırılıb: "Vətəndaşın müraciıti iribuynuzlu heyvandarlıq zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilməklə bağlıdır. Çiçək Qurbanovaya bu istiqamətdə dəstək göstərilməsi üçün 26.02.2025-ci il tarixində işsiz kimi qeydiyyata alınıb və məşğulluq imkanları qiymətləndirilib. Lakin vətəndaş fərdi məşğulluq proqramını təsdiq etmədiyi üçün "Məşğulluq haqqında" Qanuna əsasən qeydiyyatı birdəfəlik dayandırılıb. Proqramdan yararlanmaq üçün Çiçək Qurbanova məşğulluq filialına yaxınlaşaraq qeydiyyatını bərpa etməli və fərdi məşğulluq proqramını təsdiq etməlidir. Bundan sonra onun özünüməşğulluq proqramına cəlb edilməsi üçün lazımi dəstək göstəriləcəkdir".

Jalə FAMİLQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 01 May 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri