Icma.az
close
up
RU
Astarada film çəkilişi yarımçıq qaldı Rejissorla aktyorlar arasında 80 min manatlıq GƏRGİNLİK FOTO

Astarada film çəkilişi yarımçıq qaldı Rejissorla aktyorlar arasında 80 min manatlıq GƏRGİNLİK FOTO

Icma.az, Bizim media saytına istinadən bildirir.

“Vitamin” kinokomediyasının çəkilişləri zamanı rejissor və aktyor heyəti arasında narazılıq yaşanıb. Qarşılıqlı ittihamlar, təhdidlər səbəbindən film çəkilişləri yarımçıq qalıb.
Filmdə rol almş gənc aktrisalardan olan Nuranə Vaqifqızı Bizim.Media-ya açıqlamasında bildirdi ki, narazılıq filmin Astarada aparılan çəkilişləri zamanı başlayıb.
Belə ki, hoteldə yerləşdirilən aktyor heyəti, daha doğrusu qadın aktrisalar sanitar qovşağının ümumi olmasından narazı olublar.
Onlar çəkiliş qrupu arasında ayrı-seçklilik edildiyini iddia edərək, məsələnin həllini tapmasını rejissordan tələb ediblər:
“Kişilərə aid hamam-tualetdən istifadə edirdik”

“Biz 4 nəfər xanım bir otaqda, 11 kişi isə ayrı-ayrı otaqlarda qalırdıq. Ümumi hamıya bir sanitar qovşağı vardı. Əvvəlcədən hostelin belə planlaşdırıldığını düşündüyüm üçün normal qəbul etdim. Elə bildim ki hamımız bu şəraitdəyik. Amma sonra ayrı-seçkilik olduğunu görüb şikayət elədim.
Xalq artisti Naibə Allahverdiyeva da mənimlə bir otaqda qalırdı və vəziyyətindən narazı idi.
Biz filmdə öz hissələrimizə çəkildikdən sonra şəhərə qayıdacdıq. Bizi aparan sürücü yuxulu olduğundan Naibə xanım onunla qayıtmağa ehtiyat etdi. Başqa taksi istədi”.
N.Vaqifqızı deyir ki, qalmaqal da elə ondan sonra başladı. Rejissor Faiq Nağıyev N.Allahverdiyevadan qalmağını xahiş etdi, o isə razılaşmadı.
 

Vəziyyəti belə görən rejissor gənc aktrisanı acılayaraq üstünə qışqırıb. Hətta gənc aktrisaya onu maşında qəzaya salaraq öldürəcəyi ilə bağlı hədə-qorxu gəlib.


“Ordan gələndən sonra neçə gün dilim topuq vurdu. Çox qorxmuşdum. İndi də şəhərdə qorxa-qorxa gəzirəm. Təhqir və təhdid olunduğum üçün polisə müraciət etmişəm”, - deyə o vurğuladı.
N.Vaqifqızı iddia edir ki, adıçəkilən rejissoru sonradan araşdırıb və onun digər aktyorlara qarşı da dəfələrlə belə kobudluq etdiyini və onlarla birlikdə çoxunun maaşını vermədiyini bildirib.
Məsələylə əlaqədar qarşı tərəfin də fikirlərini öyrəndik.
Rejissor Faiq Nağıyev saytımıza açıqlamasında bildirib ki, Astaranın Şüvü kəndində baş tutmuş çəkilişlərdə Naibə və Nuranə xanımların rolları bitdikdən sonra onların işi qalmadığı üçün geri hotelə göndərilib. Hoteldə Naibə xanım bir səhnəyə də çəkilib şəhərə qayıdacaqdı.
Onu rejissora qarşı qaldıran da məhz Nuranə Vaqıfqızı olub:
“Hotel sahibi bizim şərəfimizə qonaqlıq verəndə də sayıb gəlmədilər, hörmətsizlik etdilər.

Mən heç kimə qarşı kobudluq etməmişəm. Naibə xanımı sakitləşdirdikcə, Nuranə xanım üstə çıxır, onu bir az da qızışdırırdı. Bəli, əsəbləşib demişəm ki, Mutilla sənsən, hər şeyi eləyən!


Səni mənə calayanın atabatasına lənət! Oturun mənim maşınıma hamımız bir yerdə gedək ölək! Maşını vuraram divara, hamınız birlikdə ölərik! Günlərdir yatmıram, hirslənib demişəm.
Madam ki başqa maşına etibar etmir, mənə edir, bu mənada demişəm. Burda nəsə təhqir var?”

Rejissor bildirib ki, filmin qəbiristanlıqla bağlı hissəsinə nə Naibə Allahverdiyeva nə də Nuranə Vaqifqızı gəlib. Çəkilişlər yarımçıq qaldığı üçün 80 minə yaxın zıyan dəyib. Məsələ ilə bağlı artıq hüquq-mühafizə orqanlarına şikayət olunub.
Məsələ ilə bağlı Xalq artisti Naibə Allahverdiyeva ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı.
 

Qeyd edək ki, “Vitamin” kinokomediyasının direktoru və prodüseri Canana İskəndərlidir (müğənni Mətanət İskəndərlinin gəlini). Filmdə xalq artisti Naibə Allahverdiyeva, İqrar Salamov, Natiq Fərzəliyev, Sevinc Məmmədova və digər peşəkar aktyorlar yer alıb.


Filmin çəkilişləri Bakıda, İsmayıllıda və Astarada baş tutub.    





Şəfiqə Şəfa, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 Oktyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see512

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see232

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see226

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see180

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see155

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see148

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see144

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see142

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see140

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri