Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çin istehsalı olan avtomobillərlə bağlı növbəti narazılıq gündəmə gəlib. Sosial şəbəkələrdə yayılan görüntülərdə sürücü bu tip avtomobillərin iddia edildiyi qədər dözümlü olmadığını və ciddi çatışmazlıqlarının mövcud olduğunu bildirir.
Avtosfer.az xəbər verir ki, sürücünün əsas narazılığı avtomobilin zavod tərəfindən ehtiyat təkərlə təmin edilməməsi ilə bağlıdır. O bildirib ki, 50–55 min manata “Changan”ın ehtiyat təkərsiz satılması qəbuledilməzdir. Onun sözlərinə görə, ehtiyat təkər elementar təhlükəsizlik vasitəsidir və bu cür avtomobildə mütləq şəkildə olmalıdır.
Qəsəbədə yük maşını hər gün piyada keçidini zəbt edir - 77-HN-425 - FOTO
Sürücü qeyd edir ki, yolda təkər partladığı halda sürücü çarəsiz vəziyyətdə qala bilər. Bazarda həmin avtomobil üçün bir təkərin qiyməti təxminən 195 manatdır və hər kəsin fövqəladə vəziyyətdə bu məbləği dərhal ödəmək imkanı olmaya bilər. Hətta elə yerlər var ki, nə pul kömək edir, nə də alternativ tapmaq mümkündür.
Bu cür texniki çatışmazlıq avtomobil alıcısı üçün ən böyük problemlərdən biridir və istehsalçı tərəfindən mütləq nəzərə alınmalıdır. Onun fikrincə, ehtiyat təkərin olmaması təhlükəsizlik baxımından ciddi risk yaradır.
Eltac Zülfüqaroğlu
Oxunub 332
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 29 Yanvar 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















