Icma.az
close
up
RU
MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Azərbaycan Mərkəzi Bankında növbəti dəyişiklik olub.

Mia.az xəbər verir ki, müvafiq əmrlə Bankınbaş direktoru Rəna Məlikova qurumun sədrinin müşaviri təyin edilib.

Onun yerinə isə Tural Feyzullayev gətirilib.

Məlumatda deyilir ki, R.Məlikova 1964-cü ildə Bakıda anadan olub, 1988-ci ildə Kirov adına Azərbaycan Dövlət Universitetinin "Hüquqşünas" ixtisası üzrə, 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və kredit" ixtisası üzrə yenidənhazırlanma kursunu bitirib.

O, əmək fəaliyyətinə 1981-ci ildə başlayıb, 1993-cü ilə qədər hüquq işi sahəsində müxtəlif vəzifələrdə çalışıb, 1993-cü ildən AMB-yə aparıcı hüquq məsləhətçisi, baş hüquq məsləhətçisi, Hüquq şöbəsinin rəisi, 2000-ci ilin mart ayından isə Hüquq departamentinin direktoru vəzifəsində işləyib, 2007-ci ildə bank sisteminin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə, 2019-cu ilin sentyabr ayında 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib, 2024-2025-ci illərdə AMB-nin baş direktoru vəzifəsində işləyib.

T.Feyzullayev isə 1990-cı ildə Ağcabədidə anadan olub, 2011-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını "Hüquqşünaslıq" ixtisası üzrə bakalavr, 2013-cü ildə Fransanın Tuluz Universitetini "Beynəlxalq və Avropa hüququ", 2014-cü ildə isə həmin universiteti "Beynəlxalq biznes hüququ" ixtisasları üzrə magistr dərəcələri ilə bitirib.

O, əmək fəaliyyətinə 2011-ci ildə "Azərsun Holdinq" MMC-də Araşdırma departamentində araşdırma mütəxəssisi vəzifəsi ilə başlayıb, 2015-2016-cı illərdə AMB-nin Hüquq departamentinin Bank nəzarətinin hüquqi təminatı şöbəsində hüquq məsləhətçisi vəzifəsində işləyib, 2016-2019-cu illərdə Maliyyə Bazarlarına Nəzarət Palatasında hüquqşünas, aparıcı hüquqşünas, böyük hüquqşünas, Hüquqi təminat idarəsinin rəisi olub, 2018-ci ilin noyabr ayında biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib, 2020-2021-ci illərdə AMB-nin Hüquq departamentində direktor müavini - Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin rəisi, 2021-2022-ci illərdə "AccessBank" QSC-də Hüquq və komplayens departamentinin rəhbəri vəzifəsində işləyib, 2021-ci ildə Birinci "Yüksəliş" müsabiqəsinin qalibi olub, 2022-2025-ci illərdə Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektorunun müdiri vəzifəsində işləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://mia.az
archiveBu xəbər 29 Yanvar 2026 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see447

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see280

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see190

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see159

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see149

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see141

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see139

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see135

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri