Icma.az
close
up
RU
Məhsuldarlıq yüksək, qiymətlər də münasibdir Xaçmazlı təsərrüfatçılar fındıq yığımına başlayıb

Məhsuldarlıq yüksək, qiymətlər də münasibdir Xaçmazlı təsərrüfatçılar fındıq yığımına başlayıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xaçmaz, 6 avqust, Elxan Yusifli, AZƏRTAC

Xaçmazın fındıq bağlarında məhsul yığımına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda yığılan fındığın bir kiloqramı təsərrüfatçılardan qabıqlı formada 2 manata, təmizlənmiş halda isə 3 - 3,5 manata alınır.

Təsərrüfatçılar fındığın toplanmasına avqustun ilk günlərindən başlayıblar. Bağlarda məhsuldarlıq yüksəkdir. Məhsul yığımı ilə yanaşı, fındığın qabıqdan təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir.

Fındıq yığımı avqust ayının sonuna kimi davam edir. Amma məhsulu tez yığmaq lazımdır ki, itki olmasın. Məhsulu vaxtında toplamaq üçün işə fəhlələr cəlb olunur. Fındığın bir kiloqramını 50-60 qəpiyə yığırlar.

Təsərrüfatçılar bildirir ki, məhsul yığımının ilk günlərində qiymətlər qənaətbəxşdir. Ehtiyacı olanlar məhsulu indi satır. Amma əksər təsərrüfatçılar məhsulu daha münasib qiymətə satmaq üçün anbarlarda saxlayırlar. Məhsul əsasən payız-qış aylarında yerli bazarlarda satılır. Bununla yanaşı, rayonda 10-dan çox fındıq qəbulu və emalı müəssisəsi məhsulu fermerlərdən sərfəli qiymətə alır.

“Fındıq yığımı əl əməyi tələb edən çətin prosesdir. Bir adam bağdan gün ərzində qabıqlı formada 70-80 kiloqram fındıq toplaya bilir. Bəzən ailəliklə 10-15 gün fındıq bağında çalışırıq. Tez yığanda məhsulu ağacdan toplamaq olur. On gün sonra isə fındığın böyük hissəsi ağacların dibinə töküləcək. Onda yığım da çətinləşir. Bu il məhsuldarlıq yüksək, qiymətlər də münasibdir”, - deyə xaçmazlı təsərrüfatçı Namik Ağamirzəyev söyləyib.

Xaçmazlı fermerlər ağacdan yığılan fındığın qabıqdan təmizlənməsi üçün xüsusi aqreqatlardan istifadə edirlər. Bu texnologiyanın tətbiqi təsərrüfatçıların işini xeyli yüngülləşdirir.

Xaçmaz rayonundakı fındıq bağlarının ümumi sahəsi 12 min hektara yaxındır. Bu bağların 10 min hektarı barverəndir. Təsərrüfatçılar ötən mövsümdə rayon bağlarından 8 min 462 ton məhsul əldə ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Avqust 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri