Icma.az
close
up
RU
Astarada tezyetişən naringinin yığımı aparılır Qiymətlər 50 qəpikdən başlayır

Astarada tezyetişən naringinin yığımı aparılır Qiymətlər 50 qəpikdən başlayır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Astara, 30 oktyabr, AZƏRTAC

Astara rayonunda sitrus mövsümü başlayıb. Bağlarda bol məhsul yetişsə də, yay və payız aylarında yağıntının az olması naringinin inkişafına təsir edib. Bu səbəbdən meyvələrin bir hissəsi gözlənilən ölçüyə çatmayıb və nəticədə satış qiymətləri də aşağıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda Astaranın sitrus bağlarında əsasən tez yetişən “Karli” sortunun yığımı aparılır. Yerli naringi sortları daha gec yetişdiyindən onların yığımına hələ başlanılmayıb. Fermerlər hazırda erkən yetişən məhsulun toplanmasına və satışına üstünlük verirlər.

Bağ sahiblərinin sözlərinə görə, bu il naringi ağaclarında məhsul kifayət qədər çoxdur. Lakin isti və quraq hava şəraiti, xüsusilə yay və payız aylarında yağıntının azlığı meyvələrin ölçüsünə təsir edib. Xırda naringilərin bazarda daha aşağı qiymətə satılması isə fermerlərin gəlirlərinə təsirsiz ötüşmür.

Astara sakini, fermer Anar Talıbov da bu mövsüm bağlarda məhsul bolluğunun olduğunu, ancaq quraqlıq səbəbindən meyvələrin bir qisminin xırda qaldığını bildirir. Onun sözlərinə görə, yetişdirilən naringi əsasən yerli bazarlara çıxarılır. Məhsulun ixracı ilə bağlı isə hazırda ciddi satış imkanları mövcud deyil.

Fermer qeyd edir ki, naringinin qiyməti onun ölçüsünə və keyfiyyətinə uyğun müəyyənləşdirilir. Hazırda bir kiloqram məhsul 50 qəpikdən 1 manatadək satılır. İriölçülü naringilərə daha yüksək qiymət təklif olunduğu halda, xırda meyvələr nisbətən ucuz alıcı tapır.

Astara bağlarında naringinin kütləvi yığımına isə noyabr ayının əvvəllərində başlanılması gözlənilir. Yerli sortların yetişməsi ilə əlaqədar həmin dövrdə yığımın daha geniş ərazini əhatə edəcəyi və bazara çıxarılan məhsulun həcminin artacağı proqnozlaşdırılır.

Astara Rayon Statistika İdarəsinin məlumatına əsasən, rayonda naringi bağlarının ümumi sahəsi 2676 hektardır. Bu bağların 2080 hektarı məhsuldar ərazilərdir. Ötən il Astara rayonunda 58 min 363 ton naringi istehsal edilib. Hər hektardan orta məhsuldarlıq 280,6 sentner təşkil edib.

Müxbir- İlkin Adıyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see627

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see545

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see294

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see268

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see258

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see258

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see256

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see228

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see226

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see226

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see224

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see223

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see222

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see219

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see218

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see216

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri