Astarada qanunsuz ov edən şəxslər saxlanılıblar
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Astara polisi qanunsuz ov edən şəxsləri saxlayıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, polis əməkdaşları tərəfindən təbiətin mühafizəsi və qanunsuz ov hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Ərçivan qəsəbəsi, Şiyəkəran və Kələdəhnə kəndlərinin ərazisində keçirilən növbəti tədbirlər zamanı çöl quşlarının qanunsuz ovu ilə məşğul olan R.Feyziyev, R.Mahmudov, X.Məmmədov və Ş.Feyziyev saxlanılıblar.
Onlardan qanunsuz ovladıqları müxtəlif növ çöl quşları, ov alətləri və digər ləvazimatlar aşkar olunaraq götürülüb.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.
Baxış sayı:34
Bu xəbər 01 Noyabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















