Astarada qatar piyadanı vurub
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Astarada qatar piyadanı vurub.
Modern.az xəbər verir ki, hadisə Qamışoba kəndində, dəmir yolu stansiyasına yaxın ərazidə baş verib.
Astara rayonun Şahağacı kənd sakini 1990-cı il təvəllüdlü Məhərrəm Ağaboli oğlu Quliyev dəmir yolu xətti keçidində qatarın qarşısına çıxıb və qatar onu vurub.
Əsasən ayaqlarından ağır travma alan piyada Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata alınıb.
Faktla bağlı araşdırma aparılır.(APA)

Astarada qatar piyadanı vurub
07 Dekabr 2024 08:39
Astarada qatar 34 yaşlı piyadanı vurub
07 Dekabr 2024 12:15

