Icma.az
close
up
RU
Astarada şəhid ailələri ziyarət olunub

Astarada şəhid ailələri ziyarət olunub

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

44 günlük haqq savaşımızda ordumuz şanlı qələbə qazandı. Bununla da qorxmaz, cəsur oğullarımız Vətən qeyrətini hər şeydən üstün tutaraq qanları bahasına Azərbaycanın hərb tarixinə qəhrəmanlıq salnaməsini yazdılar. Astara elinin igid ərənləri də müharibə meydanında yağıya qarşı misilsiz hünər göstərdilər. Cəmil Qurbanzadə, Nurlan Rəhimov və Əli Feyziyev məhz elə ölümsüzlüyə qovuşan, əbədi olaraq yaddaşlara köçən qəhrəmanlardandırlar. Astaralılar Vətən, torpaq uğrunda qan tökən, can qoyan öz şəhid övladlarını baş tacı hesab edir, onların xatirəsini əziz tutmağı özlərinə müqəddəs borc bilirlər.
Bu günlər isə Astaranın mədəniyyət işçiləri ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Cəmil Qurbanzadə, Nurlan Rəhimov və Əli Feyziyevin ailələrini ziyarət ediblər. Görüş zamanı şəhidlərin şərəfli ömür yolu və Vətən qarşısındakı göstərdikləri misilsiz rəşadətdən qürurla söhbət açıb , eyni zamanda şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, onlara ərzaq bağlamaları veriblər.
Ziyarətçilər, həmçinin şəhidlərin uyduğu müqəddəs yerlərə də baş çəkib, əziz xatirələrinə dərin ehtiram əlaməti olaraq məzarlarına təzə güllərdən çələng hörüblər.
Məlumat üçün bildirim ki, müqəddəsliyə tapınan ziyarət Astara rayon Mədəniyyət Mərkəzinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin Astara rayon komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Bəli, torpaq əgər uğrunda ölən varsa, Vətəndir. Əzəli yurd yerlərimizin azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan oğullarımız bunu bir daha sübut etdilər.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 İyul 2026 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see490

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see398

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see305

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see270

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see261

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see229

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see220

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see213

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see206

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see193

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see189

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see185

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see185

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see182

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see181

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see180

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see173

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see166

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see162

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri