Icma.az
close
up
RU
Astaralı gənc beynəlxalq uğura imza atdı

Astaralı gənc beynəlxalq uğura imza atdı

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İndi astaralılar Arif Kərimlini əsl övlad məhəbbəti ilə sevir, ona dərin ehtiram göstərirlər. Rayondakı Şağlazüzə kənd məktəbini bitirən, əzəldən həyat amalı Vətəninə, xalqına fayda vermək olan bu, fitri istedada malik gənc hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasında "Gəmi energetik qurğuları istismarı mühəndisliyi" ixtisası üzrə III kursda təhsil alır. Erkən yaşlarından təhsilə, elmə, yaradıcılığa böyük maraq göstərən Arif iç dünyasından pöhrə verən arzuların ünvanına düşə bilib. İlk olaraq beynəlxalq innovasiya sahəsində mühüm uğura imza atıb. Belə ki, onun rəhbərlik etdiyi "Inclusive Smart Transport Platform" layihəsi "Startup School 4: Five Continents – 500 Startups" beynəlxalq proqramında dünyanın 5 qitəsindən, 15 ölkənin 40-a yaxın şəhərindən təqdim olunan 10 mindən çox startap arasından seçilərək proqramın uğurlu layihələri siyahısına daxil olub.
"Inclusive Smart Transport Platform" sosial yönümlü innovativ layihədir. Burada əsas məqsəd əlilliyi olan şəxslərin, yaşlı insanların və digər həssas əhali qruplarının ictimai nəqliyyatdan istifadəsini daha təhlükəsiz, rahat və əlçatan etməkdir. Yəni, platforma istifadəçiləri əlçatan marşrutları seçə, uyğun dayanacaqları müəyyənləşdirə , ictimai nəqliyyat haqqında faydalı məlumatları ala və ağıllı texnologiyalar vasitəsilə səyahətini planlaşdıra bilərlər.
Sevindirici haldır ki, gənc tələbənin layihəsi Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Enterprise Azerbaijan portalı tərəfindən həyata keçirilən beynəlxalq proqram çərçivəsində qiymətləndirilib. Seçilmiş layihələr növbəti mərhələdə dünyanın aparıcı mentorları və innovasiya ekosisteminin ekspertləri tərəfindən təlim və mentorluq dəstəyi alacaq, daha sonra isə TEI Forum 2026 çərçivəsində keçiriləcək “Demo Day” final mərhələsində investorlar və beynəlxalq tərəfdaşlar qarşısında təqdim olunacaq. Beynəlxalq mentorluq proqramlarında iştirak edəcək komanda məhsulun inkişafı, investorlarla əməkdaşlıq və qlobal bazara çıxış istiqamətində fəaliyyətini davam etdirəcək. Həmçinin onun bu möhtəşəm layihənin beynəlxalq səviyyədə tanınması Azərbaycan gənclərinin qlobal innovasiya ekosistemində rəqabət aparmaq potensialını üzə çıxardır.
Bəli, bu nailiyyət Azərbaycan gənclərinin innovasiya və sahibkarlıq sahəsində artan potensialının, eləcə də ölkəmizin beynəlxalq startap ekosistemində mövqeyinin möhkəmlənməsinin növbəti göstəricilərindən biridir. Arif Kərimlinin uğuru həm təhsil aldığı Azərbaycan Dövlət Dəniz Akademiyası, həm də doğulduğu Astara rayonu üçün qürurverici hadisə olmaqla yanaşı, gənclərə yeni hədəflər müəyyənləşdirmək və beynəlxalq arenada özlərini sınamaq üçün ilham verir.
Texnologiya və innovasiyaya böyük maraq göstərən gənc tələbə son illərdə proqramlaşdırma, süni intellekt və rəqəmsal həllər sahəsində müxtəlif layihələr üzərində çalışır.
Elmir Mədətoğlu, Astara rayonu, Zülfüqar Əhmədzadə adına Pensər kənd 2 saylı məktəb-liseyində praktik psixoloq

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 İyul 2026 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see241

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see240

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see236

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see235

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see232

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see230

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see230

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see223

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see215

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see213

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see209

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see205

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see196

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see196

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see196

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see195

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see195

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see192

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see189

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri