Icma.az
close
up
RU
YÖS də yüksək nəticə qazanan astaralı məktəblinin uğuru

YÖS də yüksək nəticə qazanan astaralı məktəblinin uğuru

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Astara, 9 iyul, İlkin Adıyev, AZƏRTAC

Saysız-hesabsız diplomlar, fəxri fərmanlar, sertifikatlar… Onların hər biri zəhmət, istedad və güclü iradə sayəsində qazanılıb. Bütün bu uğurlar Astara rayonunun Təngərüd kənd tam orta məktəbinin builki məzunu Fatimə Gənciyevanın adına yazılıb. O, hələ cəmi 14 yaşı olanda Türkiyənin iki nüfuzlu universitetindən yüksək nəticə ilə qəbul cavabı alıb. Ancaq gedə bilməyib. İllər keçdi, zəhməti, əzmi və intellekti onu bir daha uğura apardı. Bu il orta məktəbi uğurla başa vuran Fatimə həmin nailiyyətini yenidən təkrarlayıb. O, Türkiyədə yenidən nüfuzlu ali məktəblərə qəbul olunsa da, paralel olaraq Azərbaycanda da universitetə daxil olmaq məqsədilə sənədlərini təqdim edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 16 yaşlı Fatimənin uğur yolu, gənc yaşında göstərdiyi iradə və gələcəyə olan baxışı bir çoxlarına örnək ola bilər. Qarşıda isə onun hədəfi daha böyükdür: həm elmi biliklərini inkişaf etdirmək, həm də iki ölkə arasında təhsil körpüsünün bir parçası olmaq.

Fatimənin təhsil uğurları təsadüfi deyil, o, bu yolu illər əvvəl özü üçün müəyyənləşdirib. Hələ 9-cu sinifdə oxuyarkən Türkiyədə ali təhsil almaq üçün ilk cəhdini edib. YÖS – Yabancı Öğrenci Sınavı proqramı vasitəsilə imtahan verərək yüksək nəticə əldə edib və bu nəticə sayəsində iki nüfuzlu universitetdən – Atatürk Universitetinin hüquq fakültəsindən və Ankara Universitetinin tibb fakültəsindən qəbul üçün müsbət cavab alıb. Lakin beynəlxalq qəbul prosesinin tələb etdiyi sənədlər – yəni 10-cu və 11-ci siniflərin qiymət cədvəlləri hələ hazır olmadığından bu fürsəti həmin vaxt dəyərləndirə bilməyib. Bu il isə o, həmin uğurunu yenidən təkrarlamağı bacarıb.

Astaralı məktəbli öz gücünə arxalanıb, heç bir repetitor köməyi olmadan, müstəqil şəkildə hazırlaşaraq yüksək nəticə əldə edib. Dörd fənn üzrə keçirilən imtahan (riyaziyyat, həndəsə, məntiq (İQ) və türkcə fənləri) ciddi hazırlıq tələb edirdi. Fatimə isə bütün bu sahələr üzrə fərdi şəkildə çalışıb: “YÖS imtahanı, ümumilikdə, dörd fənn üzrə keçirilir: riyaziyyat, həndəsə, məntiq – yəni İQ və türkcə. Həndəsə dedikdə bildiyimiz geometriya nəzərdə tutulur, İQ isə məntiqi düşünmə bacarığıdır. İmtahan bu il, mayın 25-də oldu. Onlayn şəkildə təşkil edilmişdi. Mən heç bir kursa, repetitor yanına getmədim. Özüm hazırlaşdım. Lazım olan kitabları internetdən tapdım, telefonuma və kompüterimə yükləyib oradan oxuyurdum. Gün ərzində müəyyən vaxtlar ayırır, testlər işləyir, səhvlərimi analiz edirdim”.

Bildirir ki, bəzən çətinlikləri olub, başa düşmədiyi mövzularla da qarşılaşıb. Amma internetdə izahlı videolar tapıb, araşdırıb. Hərdən motivasiyası aşağı düşsə də, özünə söz verib ki, YÖS imtahanında yaxşı nəticə göstərəcək. Və belə də olub - 671 bal. “Həmin anı heç vaxt unuda bilmərəm. Bu balı öz gücümlə, heç kimdən yardım almadan qazandığım üçün qürur hissi keçirirəm. Özümə inamım birə-beş artdı. İndi düşünürəm ki, əgər doğrudan da istəyirsənsə və əziyyət çəkməkdən çəkinmirsənsə, hər şey mümkündür” , - deyir Fatimə.

Həmsöhbətim topladığı yüksək balla oxuyacağı ixtisası və universiteti də artıq seçib. O, dövlət idarəçiliyi sahəsində qiyabi təhsil almaq qərarına gəlib. Bununla yanaşı, Azərbaycanda da təhsil almağı planlaşdırır. Özü də hərbi sahədə.

“Həm Türkiyədə oxumaq istəyirdim, həm də Azərbaycanda. Hərbçilərə böyük rəğbətim var. Buna görə də Heydər Əliyev adına Hərbi İnstituta sənəd verməyi düşünürəm. Burada müəyyən ixtisaslar var – ekologiya üzrə, elektronika üzrə və rabitə mühəndisliyi. Mən rabitə mühəndisliyi üzrə təhsil almaq istəyirəm” , – deyə o əlavə edir.

İmtahanda yüksək nəticə əldə edən Fatimə indi tələb olacağı günü səbirsizliklə gözləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyul 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri