Icma.az
close
up
RU
At ili nə vəd edir? Gərginlik, qarşıdurma, bahalaşma…

At ili nə vəd edir? Gərginlik, qarşıdurma, bahalaşma…

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qarşıdan gələn od ünsürlü at ili 2026-cı il fevralın 7-də Bakı vaxtı ilə günorta 13:00-da start götürəcək.

Turkustan.az xəbər verir ki, astroloq Səbuhi Rəhimlinin sözlərinə görə, bu zodiak ili güc, məqsədyönlü səyləri simvolizə edir, qırmızı at ilinin gəlişi heç də firavanlıqdan xəbər vermir:

“Çünki yola saldığımız ilanın dövründə baş verən qalmaqallı hadisələr, böyük olaylar, istər Rusiya-Ukrayna cəbhəsində, istər Qəzzada, digər məkanlarda baş verənlər qorxulu hadisələr kimi səciyyələnsə də, bu il xeyirlə-şər qüvvələri bərabərləşəcək. Ötən dövrlərdə zalımlar daha üstün olurdu, ancaq indi güc balansı bərabərləşəcək. Bu isə qızğın mübarizənin gedəcəyinə zəmin yaradacaq. May ayına qədər dünyamızda davam edən bu mübarizədə ədalət tərəfdarları üstünlüyü daha çox ələ alacaqlar. İlin astronomik işarəsi olan atın qırmızı rəng daşıması ictimai-siyasi prosesləri nəzarətdən çıxarmağa çalışacaq. Əksər hallarda buna nail olacaq. Narahatçılıqlara müəyyən əsaslar var. Amma at ilində cəzasını çəkənlərin çoxu günahkarlar, zülm verənlər olacaqlar. 2025-ci ilin sonunda baş verən hadisələrin gələn il daha da dərinlərə gedəcəyinin şahidi olacağıq. Hesablamalarımıza görə ilin ilk yarısı dünya üçün çətin keçəcək. Qalib olmaq üçün riskli öhdəliklər götürməmək, məsuliyyət hissini artırmaq lazımdır. Qlobal dəyişikliklər, standartdan kənar olaylar, reallığa bənzəməyən situasiyalar mümkündür. Dünyanı idarə edən gizli və nəhəng qüvvələr arasında ciddi qarşıdurmalar olacaq. Heç kimin gözləmədiyi liderlərin meydandan getməsi, zəif bilinən insanların isə siyasət meydanında parlaması nəzərə çarpacaq. Yeni liderləri də görəcəyik. Dünyanın siyasi mənzərəsi kifayət qədər dəyişəcək”.

Astroloq bildirib ki, ilin ikinci yarısı qismən sakit keçəcək, Şərqdə baş vermiş hadisələr və həll edilməmiş məsələlər tədricən Qərb dünyasına sürüşəcək: “Amma bu hal hələ təməl müstəvisində olacaq. Konket tətbiqi həllinə çatmayacaq. Bu proses isə 2026-cı ildə yekunlaşmayacaq. İlin ikinci yarısında dini və texnologiya sahəsində də tərəqqi gözlənilir. Sakit ilin şahidi olmayacağıq. Azərbaycanda yaz aylarında ölkədə gərginliklər baş verəcək. Təkcə iqtidar-müxalifət müstəvisində deyil, cəmiyyət, hakimiyyət, ayrı-ayrı məmurlar və qruplaşmalar, hətta qurumlar müstəvisində də nəzərə çarpacaq. Xarici müdaxilələrin də qabarıq şəkildə şahidi olacağıq. Qismən bahalaşma olacaq”.

Facebook WhatsApp Telegram Twitter Share

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:381
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 Dekabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see319

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see316

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see309

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see276

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see271

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see264

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see259

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see255

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see252

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see244

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see227

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see225

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see223

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see222

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see220

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see219

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see213

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see208

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri