Icma.az
close
up
RU
ABŞ la İran arasındakı gərginlik Azərbaycana nə vəd edir?

ABŞ la İran arasındakı gərginlik Azərbaycana nə vəd edir?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ ilə İran arasında davam edən gərginlik Yaxın Şərqdə təhlükəsizlik mühitinə təsir göstərməklə yanaşı, qlobal enerji bazarlarında da ciddi dalğalanmalara səbəb olur. 

Xüsusilə Fars körfəzi və Hörmüz boğazı ətrafında yaşanan hərbi-siyasi qarşıdurmalar neft və təbii qazın dünya bazarlarına çatdırılması ilə bağlı riskləri artırır, enerji qiymətlərində qeyri-sabitlik yaradır.

Vaşinqton-Tehran münasibətlərinin gələcək inkişafı təkcə Yaxın Şərqin deyil, Avropa və Asiyanın enerji təhlükəsizliyi, beynəlxalq ticarət marşrutları və qlobal geosiyasi balans üçün də həlledici əhəmiyyət daşıyır.

Azərbaycanın balanslaşdırılmış xarici siyasəti belə şəraitdə hansı üstünlüklər yaradır?

Milli Məclisin deputatı Elman Nəsirov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, ABŞ ilə İran arasında davam edən müharibə qlobal enerji bazarına da çox ciddi təsir göstərir.

O qeyd edib ki, xüsusilə dünya neft daşımalarının təxminən 20 faizinin həyata keçirildiyi Hörmüz boğazının bağlı saxlanılması nəticə etibarilə enerji bazarında ciddi qıtlıq yaradır:

“Bu isə qiymətlərin kəskin artımını şərtləndirir. Hadisələrin gedişatı onu göstərir ki, müharibənin nə zaman bitəcəyi ilə bağlı proqnoz vermək də çox çətindir. Çünki 1979-cu ildən bəri, yəni 47 il ərzində ABŞ və İran arasında formalaşmış düşmənçilik münasibətlərini bir neçə ay ərzində həll etmək mümkünsüz görünür.

Böyük ümidlər var idi ki, iyunun 18-də ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkianın imzaladığı sənəd və ondan sonrakı 60 günlük danışıqlar prosesi nəticə etibarilə sülh sazişinin imzalanmasına gətirib çıxara bilər. 

Beləliklə, regionumuzda ən dəhşətli müharibə ssenarilərindən birinin qarşısı alınmış olardı. Təəssüf ki, reallıq başqa mənzərə ortaya qoyur. 

İyulun 8-dən etibarən ABŞ İrana zərbələri bərpa edib. Rəsmi Vaşinqton bunu İranın Hörmüz boğazı ilə bağlı davranışları və üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi ilə əsaslandırır”.

Onun sözlərinə görə, şübhəsiz ki, bu dinamika davam edərsə, dünya enerji bazarında neft və qazın qiymətlərində yeni sıçrayışların baş verməsi istisna deyil:

“Bu tendensiya artıq müşahidə olunur. Bu da nəticə etibarilə dünya miqyasında bahalaşmaya səbəb olur. Eyni zamanda, Rusiya–Ukrayna müharibəsi də enerji bazarına çox ciddi təsir göstərir. 

Hətta Rusiya kimi nəhəng enerji ölkəsi artıq benzin böhranı ilə üz-üzə qalıb.Bütün bu məlum reallıqlar fonunda Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi siyasət müdrik və uzaqgörən siyasətdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti çoxşaxəlidir və Azərbaycan enerji ixracını bir neçə istiqamət üzrə həyata keçirir. Avropa bazarı bizim üçün çox mühüm bazardır.

Əgər 2022-ci ildə Avropaya 8 milyard kubmetr qaz nəql edirdiksə, hazırda bu göstərici təxminən 14 milyard kubmetri ötüb. Eyni zamanda, Azərbaycan 2027-ci ilədək Avropa bazarına 20 milyard kubmetr qaz çatdırmaq öhdəliyini üzərinə götürüb.

Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac olunur ki, onların 14-ü Avropa ölkəsidir. Son olaraq Almaniya və Avstriya da bu prosesə qoşulub. Gələcəkdə yeni ölkələrin də bu prosesə cəlb olunması istisna deyil. Hətta Azərbaycan qazı bu gün Suriyaya qədər çatdırılıb”.

Deputat vurğulayıb ki, Azərbaycanın kifayət qədər enerji potensialı var:

“Biz şaxələndirilmiş enerji siyasəti həyata keçiririk ki, hər hansı bir bazardan asılı vəziyyətə düşməyək və dünyada baş verən enerji kataklizmləri Azərbaycanın enerji siyasətinə ciddi təsir göstərməsin. Bu, uğurlu və düşünülmüş siyasətdir.

Cənab Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda da məhz bu istiqamətdə ünvanlanan sualları cavablandırarkən vurğuladı ki, Azərbaycan enerji təhlükəsizliyini milli təhlükəsizliyinin ən mühüm elementlərindən biri kimi qiymətləndirir.

Ölkəmiz tərəfdaşları ilə qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq münasibətləri qurur və bu modeldə uduzan tərəf yoxdur. Həm Azərbaycan istehsalçı ölkə kimi qazanır, həm tranzit ölkələr, həm də alıcı dövlətlər bu əməkdaşlıqdan fayda əldə edirlər. Bu isə düşünülmüş, balanslı və müdrik enerji siyasətinin nəticəsidir”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: ABŞ-la İran Elman Nəsirov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 İyul 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri