Ata oğlu ilə mübahisə edən iki nəfəri güllələdi
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, hadisə Afyonkarahisarın Hocalar rayonunda baş verib.
Verilən məlumata görə, avtomobilin içərisində iki nəfərin qan işində və hərəkətsiz olduğunu görən sakinlər dərhal polisə və təcili tibbi yardıma xəbər verib. Hadisə yerinə gələn qruplar 30 yaşlı M.Ş. və 34 yaşlı U.Y-ni avtomobilin içərisində qan içində ağır yaralı vəziyyətdə xəstəxanayagötürüblər. Lakin həkimlərin müdaxilələrinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.
Polis araşdırmaları zamanı M.Ş. ilə M.Y arasında əvvəllər təhdid və təhqir üzündən mübahisənin olduğu məlum olub. Məlum olub ki, U.Y və M.Ş. günorta saatlarında məsələni müzakirə yolu ilə həll etmək üçün M.Y-nin evinə gediblər, lakin tərəflər arasında başqa bir mübahisə yaranıb.
İddia edilir ki, mübahisə qızışdıqca M.Y-nin 78 yaşlı atası S.Y, oğluna qarşı edilən təhdidləri və təhqirləri görən kimi tüfəngini götürərək M.Ş. və U.Y-yə dörd dəfə atəş açıb.
Hadisədən dərhal sonra hərəkətə keçən qruplar qətldə şübhəli bilinən ata S.Y və oğlu M.Y-ni saxlayıb, araşdırma aparılır.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 10 Avqust 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















