Icma.az
close
up
RU
“Ata, qorxma, biz irəliləyirik…” şəhid İlham Hüseynovun son zəngi

“Ata, qorxma, biz irəliləyirik…” şəhid İlham Hüseynovun son zəngi

Icma.az, Azertag saytına istinadən bildirir.

Göyçay, 16 oktyabr, Rəşad Türkoğlu, AZƏRTAC

44 günlük Vətən müharibəsi Azərbaycanın qəhrəman oğullarını tarixə yazdı. O igidlərdən biri də döyüş meydanında canını Vətənə fəda edən İlham Umud oğlu Hüseynovdur. AZƏRTAC-ın bölgə müxbiri şəhidin Göyçay rayonunun Qarayazı kəndindəki ata ocağında olub, ailə üzvləri ilə görüşüb.

İlham Hüseynov 2000-ci il sentyabrın 8-də Qarayazı kəndində anadan olub. Ailəsi və kənd sakinlərinin sözlərinə görə, o, uşaqlıqdan mərdliyi, ədalət hissi və Vətən sevgisi ilə seçilirdi. 2007-2018-ci illərdə kənd məktəbində təhsil alıb, sakit təbiətli, amma məqsədli bir gənc kimi tanınıb. Texnikaya marağı onu Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinə gətirmişdi. Lakin taleyin onun üçün daha böyük planı vardı. O, Vətən yolunu seçdi.

Birinci kursu başa vurduqdan sonra İlham hərbi xidmətə yollanıb. Xidməti bitirdikdən az sonra, 2020-ci ilin sentyabrında hərbi təlimlərə qatılıb. Sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə idi. Onun döyüş yolu Tərtər istiqamətindən başlayıb, Suqovuşan və Qaranlıq meşə ərazilərində davam edib.

İlhamın atası, Birinci Qarabağ müharibəsi iştirakçısı Umud Hüseynov övladının son zəngini heç vaxt unuda bilmir: “Təbiətən sakit idi, amma qeyrətli, mərd uşaq idi. Hər zaman Vətən mövzusu açılanda ciddi olurdu. Deyirdi ki, ata, bir gün mən də torpaq uğrunda döyüşəcəyəm. Həmin gün gəldi və o, sözünə əməl etdi”.

Atası onunla son danışığını belə xatırlayır: “Oktyabrın 2-də zəng etmişdi. Dedi ki, Suqovuşan istiqamətindəyik, vəziyyət ağırdı, amma qorxma, biz irəliləyirik. Səsində qəribə bir rahatlıq vardı. Elə bil ayrılığa hazır idi. Ondan sonra bir daha zəng gəlmədi…”

5 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə İlham qəhrəmancasına şəhid olub. Ailəyə bu xəbər oktyabrın 18-də çatıb.

Komandirlər və döyüş yoldaşları onun haqqında yalnız qəhrəmanlıqla danışırlar. Deyirlər ki, İlham daim ön sırada olurdu, qorxmadan irəliləyirdi. Hərbi xidməti təzəcə başa vurmasına baxmayaraq, sanki döyüş meydanı üçün doğulmuşdu. Ən çətin anlarda belə gülərüz qalır, “Qorxmaq olmaz, irəli!” deyə silahdaşlarına ruh verirdi.

“Bu, həm fəxarət, həm də yanğıdır. Şəhid atası olmaq qürurdur, amma çox ağır yükdür. Hər məzarının üstünə gedəndə həm ağlayıram, həm də başımı dik tuturam. Deyirəm, “Oğlum, sən mənim alnımı açıq etdin”. İlham mənim üçün təkcə oğul deyil, həm də bir məktəbdir. O, öyrətdi ki, Vətəni sevmək tək sözlə yox, əməllə, fədakarlıqla olur”, - deyə şəhid atası bildirir.

İlham Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

“Xüsusi Təyinatların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin Göyçay şöbəsinin sədri, şəhid övladı Eldəniz Rüstəmov bildirir: “27 il torpaqlarımız işğal altında idi və hər birimiz o günü gözləyirdik. 2020-ci ildə Ali Baş Komandanın əmri ilə başlayan əks-hücum xalqın birliyinin və inamının nəticəsi idi. Hər kəs silaha sarılmağa hazır idi. Qisas qiyamətə qalmadı, şəhidlərimizin qanı yerdə qalmadı”.

Bu gün azad edilmiş torpaqlarda Azərbaycan əsgəri addımlayır. Ora şəhidlərimizin qanı ilə sulanmış torpaqlardır. İlham Hüseynov kimi oğullar bu Qələbənin rəmzləridir. Onun ömür yolu bir gəncin Vətən sevgisinin, fədakarlığının və əsl igidlik məktəbinin canlı sübutudur. İlham Hüseynovun adı torpaqlarımızın azadlığı uğrunda yazılmış Qələbə salnaməsində əbədi yaşayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see181

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see154

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see154

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see139

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see132

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see131

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see126

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see126

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see125

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see123

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123

Rusiya Ukrayna müharibəsi ilə bağlı bədbin proqnoz

30 Noyabr 2025 18:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri