Icma.az
close
up
RU
Şəhid musiqiçi: Novruz Hüseynovun şəhadət günüdür

Şəhid musiqiçi: Novruz Hüseynovun şəhadət günüdür

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

O, həm döyüş meydanında igid, həm də el-oba arasında sevilən bir sənətkar idi...

Mayın 8-i birinci Qarabağ müharibəsinin igid döyüşçüsü, şəhid Novruz İsa oğlu Hüseynovun şəhadətə ucaldığı gündür. O, Azərbaycanın torpaq bütövlüyü uğrunda canından keçməklə yanaşı, xalq musiqisinə və sənətə bağlılığı, kişilik nümunəsi olan xarakteri ilə də yaddaşlarda əbədi qalır.

1970-ci il martın 22-də Kəlbəcər rayonunun Başlıbel kəndində dünyaya gəlmişdi. Orta məktəbi Başlıbel kənd tam orta məktəbində başa vurduqdan sonra 1988-ci ildə Sovet ordusuna hərbi xidmətə yollanaraq, Rusiyanın Amur vilayətində qulluq etmişdi. Hərbi intizam və mübarizə ruhu onda erkən yaşlardan formalaşmışdı.

Doğma kəndinə qayıtdıqda isə erməni quldur dəstələrinin sərhəd kəndlərinə hücumları başlamışdı. Novruz Hüseynov tərəddüdsüz könüllü özünümüdafiə dəstəsinə qoşuldu və ön sırada vuruşanlardan biri oldu.

1993-cü ilin aprelində Kəlbəcərin işğalı zamanı ailəsi Bərdəyə pənah gətirir. Amma həmin dövrdə, o ordu sıralarında könüllü vətənin müdafiəsində idi. Ailəsinin qaçqın düşməyi, nigarançılıqlar içində olmağı onun mübarizə ruhunu sındıra bilmədi.

Murovdağ əməliyyatı, Qamışlı kəndi, Çiçəkli yüksəkliyi – bu adlar Novruz Hüseynovun qəhrəmanlıq salnaməsində yazılıdır. 1994-cü il yanvarın 21-də Azərbaycan Ordusu Çiçəkli yüksəkliyini azad etdi, Kəlbəcər–Ağdərə–Laçın strateji yoluna nəzarət bərpa olundu. Təəssüf ki, Azərbaycan ordusunun faciəvi geri çəkilməsi nəticəsində minlərlə qəhrəman Azərbaycan gənci şəhid olur. Həmin vaxt da Novruz Hüseynov yoldaşlarının mühasirədən çıxmasında şücaət göstərir.

Murovdağ əməliyyatından sağ qayıtsa da əl və ayaqlarını don atmışdı. Döyüşdən evə qayıdan Hüseynov ailəsinin yanında çox qala bilmir. O, ermənilərin doğma kəndi Başlıbeldə törətdiyi qətliamın qisasını almaq üçün yenidən döyüşlərə qatılır.

Onun döyüş yolu Kəlbəcər, Ağdərə, Tərtər və Ağdam cəbhələrini əhatə edir. Döyüş yoldaşları onun mərdliyindən, qətiyyətindən, qorxmazlığından həmişə ürəklə danışırlar.

Ən təsirli məqam isə Novruz Hüseynovun atəşkəs sənədinin imzalanmasından cəmi bir neçə gün əvvəl, Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmasıdır. 12 may 1994-cü ildə atəşkəs qüvvəyə mindi, və beləcə, o, bu müharibənin son qəhrəman şəhidlərindən biri kimi yaddaşlara yazıldı.
Mayın 3-də Qırmızı kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanır. Xəstəxanaya çatdırılır, amma əcəl ona həkimə ancaq adını, soyadını söyləyəcək qədər möhlət verir. Ailəsi onun nəşini mayın 8-i Tərtər məscidindən tapır və Bərdə rayonu Şəhidlər Xiyabanında dəfn edilir.

O, subay idi, hündürboy, enlikürək, qoçaq, mərd bir oğlan kimi tanınırdı. Ailə üzvlərinin sözlərinə görə, Novruz həm də böyük musiqi istedadına malik idi. Saz, balaban, zurna, tar, qarmon kimi xalq çalğı alətlərini öz-özünə, heç bir müəllimsiz öyrənmişdi. Toylar onsuz keçməzdi, səsi və ifa bacarığı ətraf kəndlərdə də tanınmışdı. Həm döyüş meydanının, həm də saz meydanının qəhrəmanı idi…

Şəhadətindən sonra adına şerlər yazılır, bayatılar qoşulur. Başlıbelli professor Əli Mirzəyev öz kitabında Novruz Hüseynovu belə vəsf edir:

Dağlara səs salır zurnanın səsi,
Yerin də, göyün də gəlir həvəsi
Yallı gedənlərin başlanıb bəhsi,
Kimdir yaylaqlara belə səs salan?
Deyirlər, Novruzdur o toyda çalan.

Yenə "Cəngi" səsi göyə yüksəlir,
Yenə də sükutun bağrını dəlir,
Camaat mağara axışıb gəlir,
Olarmı, bu toydan kənarda qalan?
Axı o havanı Novruzdur çalan.

Barmaqda qüdrətə, nəfəsə bax sən,
Yaylaqlar coşubdur yenə bu səsdən.
Nə qədər çalsa da düşmür həvəsdən,
Kimdir, bu dağlara belə səs salan?
Bəyəm tanımırsan Novruzdur çalan.

Şair Sönməz Ələkbər isə, belə yazır:

Məni bərk sarsıtdı ölüm xəbərin

Yaman qısa oldu dünyan, a Novruz

Tək sənə dəymədi atılan güllə

Elin yaralandı ondan, a Novruz

Allah da bu köçü eyləyə bilməz,

Heç kim dastanını söyləyə bilməz.

Əkbərin də sənsiz eyləyə bilməz

Elin toylarında dövran, a Novruz

Kim çalar çaldığın Kərəmi kimi

Sənətkar qoyursan bu elə kimi?

Sönməzin kağızı qələmi kimi

Ağlayır tütəyin, zurnan, a Novruz

Bu gün onu yalnız şəhid kimi deyil, həm də bütöv bir Azərbaycan oğlunun siması kimi xatırlayırıq: mübariz, cəsur, sənətə və torpağa bağlı!

Ruhu şad, məkanı cənnət olsun!

Əli Hüseynli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 May 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri