Ata razılıq verməsə, uşağı xaricdə oxutmaq mümkündürmü? ŞƏRH
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Boşanma hallarında ən çox rast gəlinən problemlərdən biri də uşağın xaricə köçürülməsi məsələsidir. Bəzən valideynlər ayrılır, lakin bu, rəsmi qaydada rəsmiləşdirilmir və nəticədə müxtəlif problemlər ortaya çıxır.
Bəs belə hallarda valideynlər nə etməlidirlər? Qanunvericilik bu barədə nə deyir?
Məsələ ilə bağlı hüquqşünas Rəşad Səfərov Gununsesi.info-ya açıqlama verib.
Onun sözlərinə görə, yetkinlik yaşına çatmayan uşağın yaşayış yerini dəyişmək, xüsusilə də onu ölkə xaricinə aparmaq üçün, prinsipcə, hər iki valideynin razılığı tələb olunur:
“Ata ilə razılıq əldə edilmədikdə, məhkəmənin icazəsi tələb oluna bilər. Məhkəmə uşağın maraqlarını nəzərə alır və əgər xaricdə təhsilin onun üçün faydalı olacağı qənaətinə gələrsə, atanın razılığı olmadan da qərar çıxara bilər. Lakin bu halda valideyn məhkəmə prosesinə hazır olmalıdır”.
Elmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 10 Sentyabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















