Uşağı məktəbdə yandırılan ata danışdı VİDEO
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, hadisə nəticəsində ağır yanıq xəsarətləri alan şagirdin atası Məmməd Vəliyev Baku TV-nin qaynar xəttinə müraciət edərək məktəb rəhbərliyinin hadisədən sonra nümayiş etdirdiyi münasibətdən şikayətlənib.
"Övladımı təhsil almaq üçün məktəbə göndərdim, lakin uşağımın üzərinə orada benzin tökərək yandırıblar", - deyə Məmməd Vəliyev həmin hadisəni xatırlayıb.
Onun sözlərinə görə, hadisədən yeddi ay keçməsinə baxmayaraq, məktəbin direktoru Samir Mehdizadə, sinif rəhbəri və psixoloq uşağın səhhəti ilə maraqlanmayıb, ailəyə hər hansı dəstək göstərməyiblər.
"Samir Mehdizadə bir dəfə də olsun gəlib qapımızı döyməyib ki, ay Murad, bu nə hadisədir gəlib sənin başına? Ölmüsən, qalmısan, nə kömək lazımdır sizə? Heç veclərinə də deyil, elə bil belə də olmalı idi", - deyə şikayətçi bildirib.
Atanın iddiasına görə, hadisə zamanı məktəb direktorunun müavini və sinif rəhbəri ərazidə olsalar da, uşağa yardım göstərməyiblər. Sinif yoldaşının yandığını görərək ona kömək etməyə çalışan Ayaz Quluzadə də yanıq xəsarətləri alıb.
Mayın 26-dək reanimasiyada müalicə alan uşağın sonrakı müalicəsini ailəsi ev şəraitində davam etdirib. M.Vəliyev bildirib ki, sentyabrın 13-dək övladının sarğılarını özü dəyişib, hazırda isə uşağın müalicəsi Türkiyədə davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 12 Noyabr 2026 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















