Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

ChatGPT də problem yarandı

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bayden administrasiyası son akordlarını vurur, Rusiya razılıq verməsə, ABŞ Ermənistanda... ŞƏRH

Bayden administrasiyası son akordlarını vurur, Rusiya razılıq verməsə, ABŞ Ermənistanda... ŞƏRH

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, artıq ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalanıb. Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda razılaşdırıblar.

Maraqlıdır, İrəvanın bu addımı regiona hansı formada təsir edəcək? Yaxın gələcəkdə Ermənistanda Rusiyanın hərbi bazası çıxarıla və əvəzinə ABŞ-nin bazası yerləşdirilə bilərmi?

Bununla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib ki, sözügedən sənədinin məzmunu tam şəkildə aydın olmasa da, əsas məqsəd Ermənistanın ABŞ ilə strateji tərəfdaşlığını rəsmiləşdirmək planıdır:

“Yəni bu, tək ABŞ-nin istəyi ilə həyata keçirilmir, eyni zamanda Ermənistanın daxilində də sazişin nələrə gətirib çıxara biləcəyi ciddi müzakirə olunur. Bəzi ekspertlər hesab edir ki, bu sənədin imzalanması Rusiyanın əleyhinədir və ya Bayden administrasiyasının “son akkordları”dır və Tramp komandasına bunu ötürüb getmək məqsədi güdür. Digər tərəfdən, Entoni Blinken sərhədlərin möhkəmlənməsində ekspert yardımı göstərmək üçün Ermənistana bir qrup mütəxəssisin göndəriləcəyini deyir. Məlum məsələdir ki, sərhəddə artıq Avropa Birliyinin vizual kəşfiyyatçıları, silahları var və bunun hansı fəsadlara gətirib çıxarması ilə bağlı biz dəfələrlə fikirlər bildirmişik. Eyni zamanda sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən də biri həmin vizual kəşfiyyatçıların iki dövlət arasında gələcəkdə ayırd edilə biləcək delimitasiya, demarkasiya olunmuş sərhədlərdən uzaqlaşdırılmasıdır. Sözügedən sənədə isə Rusiyanın reaksiyasının necə olacağı artıq məlumdur. Çünki KTMT-də guya özünün fəaliyyətini donduran Ermənistan ABŞ ilə belə bir strateji tərəfdaşlıqla bağlı sənəd imzalayır. Bu isə birmənalı şəkildə Rusiyanın regiondan uzaqlaşdırılması məsələsidir”.

Millət vəkili bildirdi ki, Rusiya Ermənistandan çıxan deyil:

“Burada Rusiyanın razılığı olmadan və ya Rusiya birmənalı şəkildə Ermənistanla bütün problemlərini həll etmədən hansısa digər bazanın yerləşdirilməsi qeyri-mümkündür. Ötən həftə Ermənistan parlamenti Avropa İttifaqına üzv olmaq üçün də müraciət etmişdi. Yəni artıq ABŞ həmçinin Ermənistanda guya nüvə əməkdaşlığına başlayacaq, danışıqlara gedəcək, Metsamor Atom Elektrik Stansiyasından əlavə olaraq bir sıra kiçik atom elektrik stansiyalarının tikintisinə başlayacaq, guya gələcəkdə ekstrimist İslam dövləti, yəni İŞID-lə mübarizədə onlar tərəfdaşlıq müqaviləsi imzalayacaqlar. Bunun hamısını isə zaman göstərəcək. Trampın andiçmə mərasimindən sonra Ermənistandan necə istifadə olunacaq və regiona hansı təsirlər göstərəcək məsələsi gündəmdədir. Azərbaycan təbii ki, öz daxili və müstəqil xarici siyasətini həyata keçirir, Cənubi Qafqazda vəziyyətə nəzarət etmək üçün bilir ki, Ermənistandan istifadə olunur, burada güclü strateji tərəfdaşlıq planları axtarmağa dəyməz”.

Müsahibimiz qeyd etdi ki, Ermənistan bu gün tənəzzülə uğramış iqtisadiyyatı, siyasəti, hərbi potensialı ilə ABŞ-yə heç vaxt tərəfdaş ola bilməz:

“Lakin paralel olaraq, qeyd etməliyəm ki, Ermənistandan ciddi şəkildə istifadə olunur və bu ölkənin bugünkü mövqeyi çox acınacaqlı sona gətirib çıxara bilər. Digər tərəfdən , ABŞ-Ermənistan arasında imzalanmış sənəd zənnimcə, bu ölkə üçün maliyyə yardımlarının ayrılması, silah və texnikanın verilməsi, hərbi təhsil, birgə təlimlərin keçirilməsi kimi məsələlərə xidmət edə bilər. Amma Tramp administrasiyasının buna necə yanaşacağı məlum deyil. ABŞ belə sənədi vaxtilə Gürcüstanla da imzalamışdı və ötən il iki ölkə arasında nələrin baş verdiyinin şahidi olduq. Yəni hər şey siyasi konyunkturdan asılı olaraq cərəyan edəcək. Bu gün Rusiyanın verdiyi bəyanatlar göz qabağındadır. Təəccüb doğuran məsələ də odur ki, İran susur”.

Günay Rəsulqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://sfera.az
archiveBu xəbər 15 Yanvar 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see223

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see200

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see183

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see182

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see169

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see168

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see166

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see153

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see150

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see148

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see147

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see142

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri