Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

“Atalanta” rekordla liderliyi qorudu!

“Atalanta” rekordla liderliyi qorudu!

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

A seriyasının 16-cı turu liderlər qrupundakı “Atalanta” və “Napoli” üçün uğurlu alındı. Nəticədə liderlə əsas izləyicisi arasındakı iki xal fərqi dəyişmədi. “Fiorentina”nın qələbə seriyasının qırılması, “Yuventus”la “Milan”ın öz meydanında çox da güclü olmayan rəqiblərdən yalnız bir xal ala bilməsi turun ən yaddaqalan faktları oldu.

Əvvəlki turda “Milan”a 2:1 hesabıyla qalib gələrək bu mövsüm ilk dəfə vahid liderliyi ələ alan “Atalanta” həftəiçi Çempionlar Liqasında (ÇL) “Real”a qarşı çətin oyun keçirmişdi. Berqamoluların turnirin son qalibi ilə matçda çox enerji itirdikləri Kalyaridə hiss olunurdu. Buna baxmayaraq, Can Pyero Qasperininin komandası çempionatdakı qələbə seriyasını davam etdirdi. Meydana 64-cü dəqiqədə çıxan Zanyolo az sonra Bellanovanın ötürməsi ilə hesabı açdı. Əsas heyətdə heç cür möhkəmlənə bilməyən italiyalı yarımmüdafiəçinin vurduğu qol yeganə oldu və lider mövqeyini qorudu.
15-ci turda öz meydanında “Latsio”ya uduzmaqla (0:1) uzun müddət olduğu lider mövqeyini itirən “Napoli” üçün Udine səfərinin asan keçməyəcəyi aydın idi. Cənubluların hücum planında ən vacib oyunçusu Kvaratsxeliyanın zədələnməsi Antonio Kontenin komandası üçün ciddi problem yaradıb. Təcrübəli mütəxəssis gürcü futbolçunun mövqeyində Neresi oynatmağı lazım bilmişdi. Braziliyalı futbolçu baç məşqçinin ümidlərini böyük ölçüdə doğrultdu. Hesabı udinelilər açsalar da, qonaqlar buraxılan qola üç dəqiq zərbə ilə cavab verərək liderlə aradakı xal fərqinin artmasına imkan vermədilər.
Nəhayət, son turları qələbə ilə başa vuran “Fiorentina”nı dayandıran tapıldı. Maraqlıdı ki, bunu yayda Florensiyadan Bolonyaya yollanan Vinçentso İtalyanonun yeni komandası bacardı. Görünür, 47 yaşlı mütəxəssis son üç mövsümdə çalışdırdığı “Fio”nun zəif cəhətlərini oyunçularına yaxşı başa salıb. Odqorun vurduğu yeganə qol florensiyalıların 8 oyunluq qələbə seriyasını qırdı.
“Yuventus”un seriyası isə davam edir. Turinlilər bu mövsüm çempionatda hələ də uduzmayıblar. Həm də “qoca sinyora” hazırda Avropanın 5 aparıcı liqasında məğlubiyyət üzü görməyən iki komandadan biridi (digəri PSJ-di). Amma diqqəti cəlb edən məqam odu ki, “Yuventus” artıq A seriyasının ən “sülhpərvər” komandasıdı. Tyaqo Mottanın çalışdırdığı komanda liqanın autsayderi “Venetsiya”ya da xal verdi. Özü də öz meydanında məğlubiyyətdən son saniyələrdə penalti qolu ilə qurtuldu. Bəli, venetsiyalılar ölkə nəhəngini məğlub etməyə çox yaxın idilər. Sözsüz, həftəiçi ÇL-də “Mançester Siti” üzərində 2:0 hesablı qələbə turinlilərdən heç də az enerji almamışdı. Tyaqo Mottanın cəzalı olduğu üçün texniki zonadan futbolçulara göstəriş verə bilməməsi də rəqibin işinə yaradı. Nəticədə 2:2 hesablı heç-heçə onun komandasını liderdən 9 xal geri saldı. Statistika adamı təəccübləndirməyə bilmir. “Yuventus” mövsümün ilk 16 oyunundan yalnız 6-da qalib gələ bilib. Bu, A seriyasında qələbəyə 3 xal sisteminin tətbiq olunduğu dövrdə “ağ-qaralar” üçün antirekordun təkrarlanması deməkdi: onlar 1998/99 mövsümündə də belə nəticə göstərmişdilər. Digər vurğulanası fakt isə “Yuventus”un bu mövsüm evdə keçirdiyi ilk 9 matçdan yalnız üçünü qələbə ilə başa vurmasıdı. İtaliya nəhəngi əvvəllər belə göstərici ilə iki dəfə - 1956/57 və 1988/89 mövsümlərində yadda qalmışdı. Necə deyərlər, məğlub olmamaq hələ bütün işlərin qaydasında getdiyi anlamına gəlmir. Axı 16 oyunda 10 heç-heçə turinlilərə yalnız 10 xal qazandırıb. “Yuve” bu oyunları 5 qələbə və 5 məğlubiyyətlə başa vursaydı, 10 yox, 15 xal toplaya bilərdi...
Ölkənin digər nəhəngi də qeyri-sabit çıxışını davam etdirir. “Milan”nın öz meydanında “Cenoa”ya qalib gələ bilməməsində avrokuboklarda çıxış amilinin də təsiri oldu. Hücum planında aparıcı oyunçusu Pulişiçin zədələnməsi də lombardiyalıların işini çətinləşdirib. Genuyalılar evə xalla qayıtmaq üçün xüsusilə arxa xətdə əllərindən gələni etdilər. Görünür, Patrik Vieyranın baş məşqçi təyin edilməsi az-çox effekt verir.
16-cı tur
Kalyari – Atalanta 0:1
Zanyolo, 66. (15985)
Atalanta: Karnesekki, Kolaşinats, Hin (Cimşiti, 46), Kossunu, Rucceri, Ederson, Paşaliç (Samarciç, 64), Bellanova, Breşianini (De Roon, 46), De Ketelare (Zanyolo, 64), Retegi (Lukman, 46).
Udineze – Napoli 1:3
Toven, 22 – Lukaku, 50. Canetti, 76-öz qapısına. Zambo Angissa, 81. (19981)
Napoli: Meret, Olivera, Buoncorno, Rrahmani, Di Lorentso, Maktominey, Lobotka (Gilmor, 89), Zambo Angissa, Neres (Raspadori, 85), Politano (Nqonq, 85), Lukaku (Simeone, 80).
Bolonya – Fiorentina 1:0
Odqor, 59. (26000)
Bolonya: Skorupski, Lukumi, Beukema, Holm (Likoyannis, 76), De Silvestri (Aylinq, 82), Pobeqa, Fröyler, Dominges (Poş, 82), Odqor, Ndoy (Ferqyuson, 46), Kastro (Dallinqa, 90).
Fiorentina: De Xea, Qosens (Parizi, 81), Ranyeri, Komutso, Dodo, Adli, Kataldi (Riçardson, 69), Qudmundsson (Sottil, 58), Beltran (Kuame, 81), Kolpani (İkone, 69), Ken.
Yuventus – Venetsiya 2:2
Qatti, 19. D.Vlahoviç, 90+5-p. – Ellertsson, 61. İdzes, 83. (38425)
Yuventus: Di Qreqorio, Danilo (Lokatelli, 86), Kalulu, Qatti, Savona (Facoli, 88), Makkenni, K.Türam, Yıldız (Qonsales, 86), Koopmeyners (Duqlas Luis, 66), Vea (Konseysao, 66), D.Vlahoviç.
Komo – Roma 2:0
Qabrielloni, 90+3. Pas, 90+7. (13602)
Roma: Svilar, Ndika, Ermoso, Anxelinyo, Çelik, Kone, Əbdülhəmid (Pizilli, 62), Le Fe (Mançini, 62), Əl-Şaaravi (Dovbik, 46), Salemakers (Lorentso Pelleqrini, 62), Dibala (Sule, 76).
Milan – Cenoa 0:0
(70078)
Milan: Menyan, Ximenes, Tiav, Qabbya, Emerson, Reynders, Fofana, Leao, Çukvueze (Okafor, 76), Liberali (Kamarda, 62), Abraham (Morata, 46).
Empoli – Torino 0:1
Adams, 70. (7832)
Leççe – Montsa 2:1
Morente, 3. Krstoviç, 44 – Dorqu, 37-öz qapısına. (23663)
Parma – Verona 2:3
Zom, 19; 90 – Koppola, 5. Sarr, 57. Moskera, 75. (17003)
Latsio – İnter 0:6
Çalhanoğlu, 41-p. Dimarko, 45. Barella, 51. Dumfris, 53. Auqusto, 77. Türam, 90.
1. Atalanta 16 12 1 3 39-17 37
2. Napoli 16 11 2 3 24-11 35
3. İnter 15 10 4 1 40-15 34
4. Fiorentina 15 9 4 2 28-11 31
5. Latsio 16 10 1 5 30-22 31
6. Yuventus 16 6 10 0 26-12 28
7. Bolonya 15 6 7 2 21-18 25
8. Milan 15 6 5 4 24-16 23
9. Udineze 16 6 2 8 19-25 20
10. Torino 16 5 4 7 17-20 19
11. Empoli 16 4 7 5 14-16 19
12. Roma 16 4 4 8 18-23 16
13. Cenoa 16 3 7 6 13-24 16
14. Leççe 16 4 4 8 10-27 16
15. Parma 16 3 6 7 23-28 15
16. Komo 16 3 6 7 18-28 15
17. Verona 16 5 0 11 21-39 15
18. Kalyari 16 3 5 8 15-26 14
19. Montsa 16 1 7 8 14-21 10
20. Venetsiya 16 2 4 10 15-29 10
Bombardirlər: Retegi (Atalanta) - 12, M.Türam (İnter) - 11, Ken (Fiorentina) - 9, Lukman (Atalanta) - 8.
Turun rəqəmi
10 - “Atalanta” uğurlu oyunlar seriyasını davam etdirdi. Berqamolular ölkə çempionatında ardıcıl 10-cu qələbəsini qazanmaqla öz rekordunu yenilədilər. Xatırladaq ki, “Atalanta” 2020-ci ilin fevralından iyuluna qədər ardıcıl 9 matçda xal itirməmişdi.
Turun ulduzu
Alessandro Qabrielloni (Komo) - “Komo”nun “Roma” üzərində inamlı qələbəsində onun böyük rolu oldu. Meydana 80-ci dəqiqədə çıxan Qabrielloni rəqibin arxa xəttini təhlükə altında saxladı. Əsas vaxta əlavə olunan dəqiqələr 30 yaşlı hücumçu üçün unudulmaz oldu. Kutronenin ötürməsi ilə A seriyasında ilk qolunu vuran Alessandro bir neçə dəqiqə sonra Pasa məhsuldar ötürmə verməklə qəhrəmana çevrildi.
Turun sitatı
Klarens Zeedorf, “Milan”ın sabiq yarımmüdafiəçisi:

“Milan” mövsümü inanılmaz dərəcədə enişli-yoxuşlu hərəkəti ilə keçirir. Klub kifayət qədər təmkinli olmalı və seçimini dəstəkləməlidi. Komanda arxada qalan bəzi oyunlarda nəyə qadir olduğunu nümayiş etdirib. Sadəcə, uğurlu oyunlar seriyasını yaxalamaq lazımdı. Futbolçuların Fonsekanın bütün ideyalarını anlaması üçün müəyyən vaxt tələb olunur. Baş məşqçinin komandanı uğura aparacaq plana malik olduğunu düşünürəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Dekabr 2024 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see304

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see285

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see281

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see243

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see235

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see223

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see222

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see212

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see210

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see208

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see202

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see202

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see195

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see192

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see187

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see187

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see185

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see184

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see173

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri