Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

“Atalanta” və “Roma” turu qalib başa vurdular

“Atalanta” və “Roma” turu qalib başa vurdular

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

A seriyasında 24-cü tura fevralın 9-də keçirilən iki oyunla yekun vuruldu.

"Football-plus.az" xəbər verir ki, Berqamo və Romada ev sahibləri qalib gəldilər.
Ötən həftəiçi İtaliya kuboku oyununda “Yuventus”u 3:0 hesabıyla məğlub edən “Atalanta”dan fərqli olaraq “Kremoneze”nin çempionat matçına daha yaxşı hazırlaşmaq imkanı olmuşdu. Buna baxmayaraq, berqamolular yorğunluq amilinə görə heç də əziyyət çəkmədilər. Matça hücumlarla başlayan ev sahibləri statdakı fəallığının bəhrəsini ilk hissədəcə kifayət qədər gördülər: əvvəlcə Krstoviç hesabı açdı, Zappakosta isə 12 dəqiqə sonra komandasının üstünlüyünü iki topa çatdırdı.
Bundan sonra oyunun tempini bir qədər azaldan Raffaele Palladinonun komandası fasilədən sonra bir neçə dəfə hesabı darmadağın həddinə çatdıra bilərdi. Lakin imkanlar qaçırıldı və əvəzində qonaq komanda son dəqiqələrdə təsəlli qolunu vurdu. 2:1 hesabıyla qalib gələn “Atalanta” çempionatdakı məğlubiyyətsiz seriyasını 7 oyuna (5 qələbə, 2 heç-heçə) çatdırdı. Xalını 39-a artıran berqamolular 7-ci pillədə qaldılar.
Tura paytaxtdakı matçla yekun vuruldu. “Roma” bu mövsümün ilk dövrəsinin səfər oyununda “Kalyari”yə minimal hesabla məğlub olmuşdu. Praktiki olaraq Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan paytaxt təmsilçisinin bu turnirə iddia edən rəqiblərindən “Yuventus”la xal fərqi 3-ə bərabər idi. Başqa sözlə, sardiniyalılar üzərində qələbə “canavarlar”ı turinlilərə daha da yaxınlaşdıracaqdı. Belə də oldu. Son iki ayda qeyri-sabit çıxışı ilə daha çox yadda qalan Can Pyero Qasperininin komandası bu dəfə ciddi səhvə yol vermədi. Təcrübəli çalışdırıcının start heyətində meydana buraxdığı Malen etimadı doğrultdu. “Aston Villa”dan icarəyə götürülən niderlandlı hücumçu Mançini və Çelikin ötürmələri ilə dubl etdi.
A seriyasındakı 4-cü oyununda qollarının sayını 3-ə çatdıran Doniell “Roma”nın qələbəsində böyük rol oynadı. Paytaxt klubu indi 4-cü yerdəki “Yuventus”dan yalnız topların fərqinə görə geri qalır. Lider “İnter”lə xal fərqi isə 12-yə bərabərdi.
24-cü tur
Atalanta – Kremoneze 2:1

Krstoviç, 13. Zappakosta, 25 – Torsbyu, 90+4. (21796)
Atalanta: Karnesekki, Skalvini, Cimşiti, Kolaşinats (Bellanova, 59), Zappakosta (Kossunu, 59), Ederson, Zalevski (Bernaskoni, 70), Samarciç (Sulemana, 70), Paşaliç, Raspadori (Musa, 78), Krstoviç.
Roma – Kalyari 2:0
Malen, 25; 65. (60334)
Roma: Svilar, Mançini, Ndika, Qilardi, Çelik, Kristante (Əl-Aynaui, 84), Fransa, Pizilli, Lorentso Pelleqrini (Saraqosa, 59), Sule (Venturino, 84), Malen (Arena, 84).
Turun digər oyunlarının nəticələri: Cenoa – Napoli 2:3 (Malinovski, 3-p. Kolombo, 57 – Höylunn, 20; 90+5-p. Maktominey), Bolonya – Parma 0:1
(Ordonyes, 90+5), Fiorentina – Torino 2:2 (Solomon, 51. Ken, 57 – Kazadey, 26. Maripan, 90+4), Sassuolo – İnter 0:5 (Bissek, 11. M.Türam, 28. L.Martines, 50. Akanci, 54. Luis Enrike, 89), Yuventus – Latsio 2:2
(Makkenni, 59. Kalulu, 90+6 - Pedro, 45+2. İsaksen, 47), Verona – Piza 0:0, Leççe – Udineze 2:1 (Qandeman, 5. Banda, 90 – Sole, 26-p.).
“Milan” – “Komo” oyunu fevralın 18-nə təxirə salınıb.
1. İnter - 58, 2. Milan – 50 (23)... 4-5. Yuventus, Roma - 46… 7. Atalanta – 39... 12. Kalyari - 24…15. Kremoneze – 23...
Bombardir: L.Martines (İnter) - 14.
Turun rəqəmi
22 - “Sassuolo”ilə oyunda hesabı 3:0-a çatdıran Lautaro Martines A seriyasında 128-ci qolunu vurdu. Argentinalı hücumçu Milan klubunun bu liqadakı bombardirlərinin siyahısında Alessandro Altobellini arxada qoyaraq 4-cü yerə təklikdə sahib oldu. Lautaronun indi Cüzeppe Meatsa (197), Benito Lorentsi (138) və Stefano Nyersdən (133) geri qaldığını da qeyd edək.
Turun ulduzu
Federiko Dimarko (İnter) - o, “Sassuolo” ilə oyunda “İnter”in 5:0 hesablı qələbəsində ən böyük pay sahibi oldu. Dimarko üç məhsuldar ötürmə ilə Bissek, Markus Türam və Akancinin qol vurmasına şərait yaratdı. Yeri gəlmişkən, Federiko bu mövsüm meydana çıxdığı 21 oyunda 11 dəfə assist etməklə çempionatın lideridi.
Turun sitatı
Daniele De Rossi, “Cenoa”nın baş məşqçisi:

“Nə deyəcəyimi bilmirəm. Biz – həmkarlarımın adından da danışıram – nə demək lazım gəldiyini bilmirik. “Napoli” ilə oyunun son saniyələrində adi hiyləgərliyə belə əl ata bilməməyimizin səbəb olduğu məyusluqdan başqa heç nə anlamırıq. Bizim oynadığımız futbol artıq mövcud deyil. Yəqin ki, mən artıq bu sahədə heç nə bilmirəm, hansı idman növündə məşqçi işlədiyimi bilmirəm. Bu əyri qaydalar oyunu məhv edir. Biz artıq hər şeyə aludə olmuşuq. Mən vaxtilə VAR-ın tərəfdarı idim. Futbol oynadığım dövrdə bu sistemin sayəsində daha az soyulacaqdım. Amma biz ona həddindən artıq dəyər veririk və bu təhlükəlidi. Futbolda həmişə təmas olacaq və bu məyusedici haldı. Ona görə ki, hamılıqla iştirak etdiyimiz bu oyunda qapımıza penalti təyin olunur...”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Fevral 2026 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see696

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see292

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see291

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see274

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see271

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see265

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see259

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see258

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see258

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see256

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see250

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see240

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see236

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see235

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see235

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see231

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see231

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see223

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see222

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri