Atalığından şikayət edən azyaşlı sığınacağa yerləşdirilib
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi azyaşlı bacısı və anası ilə bağlı müraciəti gündəmə gətirən 12 yaşlı uşaqla bağlı məsələyə aydınlıq gətirib.
"Cebheinfo.az" xəbər verir ki, Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı məlumat əldə edilən kimi dərhal AQUPDK tərəfindən uşaqların yaşadığı Şəki Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya və Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanılıb: “Uşaq hazırda müvəqqəti olaraq sığınacağa yerləşdirilib. Ona psixo-sosial yardım göstərilir. Eyni zamanda, ananın valideynlik hüquqları məsələsinə baxılması və baş verən cinayət işi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən istintaq tədbirləri həyata keçilir”.
Qeyd edilib ki, digər uşağın da hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət davam etdirilir. İstintaq tədbirlərinin yekunundan sonra, ictimaiyyətə aidiyyəti üzrə müvafiq məlumatlar veriləcək.
Qeyd edək ki, ötən gün sosial şəbəkədə 12 yaşlı qızın 7 yaşlı bacısı və anası ilə bağlı müraciəti yayılıb. 12 yaşlı qız müraciətində “7 yaşlı bacımı anamın əlindən alın, mənə atalığımın yaşatdığını anamla bacıma da yaşadacaq” deyib.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 08 İyul 2025 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















