Atalıq məzuniyyəti gündəmdə Valideynlər üçün yeni hüquqlar təklif edilir
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Uşağın doğulması ilə əlaqədar kişilərə 14 günlük ödənişli məzuniyyət verilməsi ilə bağlı qanunvericilikdə təklif edilən dəyişiklik doğru addımdır. Bu, ailə institutunun möhkəmlənməsi, valideyn məsuliyyətinin bölüşdürülməsi və ailədaxili harmoniyanın güclənməsi baxımından önəmlidir".
Milli.Az xəbər verir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov deyib.
E.Əmirovun sözlərinə görə, bununla paralel olaraq ailə quranlara 3 günlük ödənişli məzuniyyət hüququnun verilməsi, valideynlərin məktəb tədbirlərində iştirakını təmin edən yarım günlük "sosial fasilə" imkanının verilməsi və bu qəbildən digər sosial dəstək mexanizmlərinin qanunvericilikdə əks olunması vacibdir:
"Çünki, bu cür humanist və sosial həssas qərarlar dövlət büdcəsinə faktiki olaraq əlavə maliyyə yükü yaratmır. Lakin insanlar üçün böyük motivasiya yaradır, onların həyatına rahatlıq gətirir və dövlət-vətəndaş münasibətində müsbət psixoloji effekt formalaşdırır".
İqtisadçı hesab edir ki, bəzi sahələrdə görülməsi planlaşdırılan işlər əlavə maliyyə tələb etdiyi üçün icrası çətinləşirsə, o zaman heç olmasa maliyyə yükü yaratmayan istiqamətlərdə bu tip motivasiyaedici və ruhlandırıcı mexanizmlərin verilməsi məqsədəuyğundur:
"Bəzən kiçik bir güzəşt və ya rahatlıq, böyük sosial nəticələr yarada bilir".
Mina Mikayılova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 04 Dekabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















