Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Atası evdən çölə buraxmayan gənc necə qatil oldu? Bakıda əcnəbinin QANLI SONU

Atası evdən çölə buraxmayan gənc necə qatil oldu? Bakıda əcnəbinin QANLI SONU

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə Bakıda Mərakeş Krallığının vətəndaşını qətlə yetirməkdə təqsirləndirilənlər - H.M və N.R-in cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslərdən H.M özünü qismən təqsirli bildiyini, R.M isə özünü təqsirli bilmədiyini bildirib.

Məhkəmə təqsirləndirilən şəxslərdən H.M-in ifadəsi ilə davam edib:

"Mən N-i "Gənclik Mall"-dan tanıyırdım. Sonra bir-birimizi tanımağa başladıq, dost olduq. Həmin gün axşam saat 12-yə qalmışdı. N həmin gün əsgərlik işi ilə bağlı rayondan qayıtmışdı. Onun ad günündən xeyli keçmişdi, mən işimə görə onu təbrik edə bilməmişdim. Təklif elədim ki, görüşüb bir yerdə oturaq, ad gününü qeyd edək. Atam gecə vaxtı evdən çıxmağımın əLeyhinə də olsa, onu dilə tutub birtəhər razılığını aldım. Mən taksi vurub "Sahil bağı"na gələndə N artıq orada idi. Parkda başqa dostlarımızla da qarşılaşıb görüşdük. Sonra onlar "Tarqovı"ya gedəcəklərini deyib bizdən aralandılar. N və mən hərəmizə bir pivə alıb içməyə başladıq. Başımız telefona qarışmışdı. Parkın qurtaracağına yaxın səs-küy eşidib başımızı qaldırdıq. Gördük ki, dostlarımız iki xarici vətəndaşla mübahisə edirlər. Yaxınlaşıb nə baş verdiyini soruşanda onlardan biri dedi ki, sizinlə işimiz yoxdur. Digəri isə özlərinə işarə edib "Biz  mafiyayıq" -dedi. Ucaboylu əcnəbinin əlində dəmir "remen" vardı. O cibindən nə isə çıxarıb N-nin üstünə gəlmək  istəyirdi ki, tez  özümü qabağa verdim. Özümüzü müdafiə məqsədi ilə cibimdəki bıçağı  çıxartdım ki, qorxub bizdən uzaqlaşsınlar. Sadəcə həmin vaxt hərəkətdə olduğumdam elə bildim ki,  bıçağı onun sinəsinə vuranda, əcnəbini yüngül cızıb. Mənim onun ardınCa təkrardan getməkdə məqsədim o idi ki, tamamilə çıxıb getməyindən əmin olum. N məni götürüb apardı. Evə çatıb təzəcə özümə gəlirdim ki, şəhərdə mübahisəni görən uşaqlara zəng elədim. Telefonu 39-cu polis bölməsinin əməliyyatçısı götürdü və mənə bölməyə yaxınlaşmağımı dedi. Mən ancaq ora gələndə əcnəbinin öldüyünü bildim. İttiham aktında yazılan bir neçə məqamla razı deyiləm. Orada yazılıb ki, guya məsələ mənim siqaret mübahisəmə görə olub. Halbuki  mən siqaret çəkən deyiləm".

Növbəti proses 15 oktyabr saat 16:00-a təyin olunub.

Xatırladaq ki, hadisə 27 noyabr 2025-ci ildə Bakı şəhəri,Səbail rayonu ərazisində yerləşən "Sahil bağı" adlanan parkın  ərazisində baş verib.

İttihamda qeyd olunur ki, yetkinlik yaşına çatmayan H.M öz tanışı N.R ilə birlikdə parkda gəzişən Mərakeş Krallığının vətəndaşları olan Tiflaoui İmad və Saber Elhoumani Ben İbrahimə yaxınlaşaraq, siqaretlərinin olub-olmadığını soruşublar. Saber Elhoumani Ben İbrahim siqaretlərinin olmadığını bildirib. H.M bunu siqareti verməmək üçün bəhanə kimi qəbul edərək, mübahisə yaradıb, N və o ərazidə olan  digər bir tanışı ilə birlikdə Saber Elhoumani Ben İbrahim və ona dəstək olmağa çalışan Tiflaoui İmada güləş fəndi tətbiq edərək, onları yerə yıxıb müxtəlif bədən xəsarətləri yetiriblər. Daha sonra N özündə olan ov bıçağı ilə Tiflaoui İmadı sinəsindən bıçaqlayıb. Hadisə yerindən uzaqlaşmağa çalışan Tiflaoui İmad bir qədər getdikdən sonra xəsarətin ağırlığından yerə yıxılıb. Onun ardınca gələn N Tiflaoui İmadın belindən güclü bıçaq zərbəsi endirib. Tiflaoui İmadın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, H.M və N.R Cinayət Məcəlləsinin 120.2.1. (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2. (xuliqanlıq niyyəti ilə adam öldürmə), 228.5 (qanunsuz olaraq qaz silahını, soyuq silahı (o cümlədən soyuq atıcı silahı) əldə etmə, satma və ya gəzdirmə), 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə məsuliyyətə cəlb olunub, barələrində həbs qətimkan tədbiri seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 Avqust 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri