Icma.az
close
up
RU
“Brent”in qiyməti 90 dollara enib

“Brent”in qiyməti 90 dollara enib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 20 noyabr, AZƏRTAC

“Brent” markalı xam neftin bir bareli beynəlxalq əmtəə birjalarında 90 dollara satılır. “Light” neftinin qiyməti isə 80 dollar civarındadır.

AZƏRTAC xəbər verir ki, həftənin son ticarət günündə neft qiymətləri husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada hücumlarından sonra Yaxın Şərqdə neft təchizatı ilə bağlı narahatlıqların yenidən güclənməsi fonunda dəyişib. Buna OPEC+ ölkələrinin bu ay keçiriləcək iclasında koordinasiyalı hasilat məhdudiyyətlərini davam etdirəcəklərinə dair gözləntilər də təsir edib.

Regionda təchizatla bağlı narahatlıqları artıran digər hadisə Hörmüz boğazında baş verib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri açıqlamasında boğazda iki neft tankerinin dəniz minalarına toxunaraq partladığını və yanmağa başladığını bildirib.

Beynəlxalq Enerji Agentliyi (IEA) cümə axşamı dərc etdiyi hesabatda regionda baş verən hadisələrin qlobal neft və təbii qaz ticarətində indiyədək ən böyük fasiləyə səbəb olduğunu qeyd edib. Agentliyin proqnozuna görə, hökumətlər bu hadisələrə cavab olaraq elektrikləşdirmə, enerji səmərəliliyi və yanacaq növlərinin dəyişdirilməsi siyasətini sürətləndirdikləri təqdirdə, qlobal neft tələbatı 2035-ci ilədək 4 faizdən çox azala bilər.

Geosiyasi risklərin neft təklifinə yaratdığı təzyiqə baxmayaraq, qlobal bazarlarda riskdən yayınma meyillərinin güclənməsi və tələbatla bağlı narahatlıqlar qiymətə təsiri məhdudlaşdırır. Asiya fond bazarlarında müşahidə olunan enişin neft qiymətlərinə təzyiq göstərə biləcəyi bildirilir. Region birjalarının 2020-ci ildən bəri ən zəif həftəlik nəticəni qeydə almağa hazırlaşdığı qeyd olunur.

Analitiklər süni intellektə yatırımlarla bağlı bazar mövqelərinin bağlanmasının və qlobal maliyyə bazarlarında riskdən yayınma meyillərinin artmasının qısamüddətli tələbatla bağlı narahatlıqları gücləndirərək neft qiymətlərinə mənfi təsir göstərdiyini bildirirlər.

Bununla yanaşı, Ukraynanın Rusiyadakı neft emalı zavodlarına və ixrac infrastrukturuna hücumlarını intensivləşdirməsi də qlobal neft təchizatı baxımından diqqətlə izlənilən məsələlərdəndir. Bazar iştirakçıları hücumların artmasının Rusiyada xam neft hasilatının yenidən azalmasına səbəb ola biləcəyini düşünürlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:33
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2026 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri