Atasına Azərbaycan çayı alıbmış...
Icma.az bildirir, Modern.az portalına istinadən.
Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsində şəhid olan hərbçi Berkay Karacanın Kırklarelidəki ailəsinə başsağlığı ziyarətləri davam edir.
Modern.az-ın məlumatına gorə, şəhidin atası Nedim Karaca bildirib ki, oğluyla qəzanın baş verməsindən bir gün əvvəl telefonla danışıb:
“Oğlum mənə dedi ki, "ata, sən çayı sevirsən, sənə Azərbaycan çayı aldım". Amma gələ bilmədi...”
Nedim Karaca, özü də ordu veteranı olduğunu qeyd edib, oğlunun uşaqlıqdan hərbçi olmaq arzusunda olduğunu deyib:
“Çox sevirdi işini. 8 ildir xidmət edirdi. Bu il yer dəyişikliyi istəməyə hazırlaşırdı. Deyirdi ki, "ata, təyinat istəyəcəyəm, sənə yaxın Bandırmaya gələcəyəm". Amma gələ bilmədi. Oğlumun toyunu etməli idim, indi cənazəsini dəfn edirəm.”
Baxış sayı:63
Bu xəbər 13 Noyabr 2025 01:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















