Icma.az
close
up
RU
Atasının arzusu uğrunda olimpiadada döyüşən azərbaycanlı: 40 dərəcə qızdırmam vardı

Atasının arzusu uğrunda olimpiadada döyüşən azərbaycanlı: 40 dərəcə qızdırmam vardı

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Adil Osmanov azərbaycanəsilli moldovalı cüdoçudur. O, 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa Kuboku, Qran-pri və Böyük Dəbilqə turnirlərinin qalibidir.

Adil Osmanov Oxu.Az-a müsahibəsində idman karyerasındakı çətin anlardan, olimpiadaya gedən yoldan, motivasiyadan, ailənin onun idman karyerasındakı rolundan və digər maraqlı məqamlardan danışıb.

- Moskvada (Rusiya) doğulub boya-başa çatmısınız, amma indi Moldovanın uğurları üçün çalışırsınız. Necə oldu ki, bu ölkənin bayrağı altında çıxış etdiniz?

- Mən 2017-ci ildə Moldovanı təmsil etməyə başladım. İlk iki il psixoloji cəhətdən çətin keçdi. Amma ailəm Moldovaya köçəndə adaptasiya daha sürətli getdi. Tezliklə milli komandaya qoşuldum və Duminike Valeriunun rəhbərliyi altında məşqlərə başladım.

- Cüdoya özünüz maraq göstərmisiniz, yoxsa bu, ailədən gələn ənənədir?

- Bu, ailə ənənəsidir, atam da əlbəyaxa döyüş sənəti ilə məşğul olub.

- Sizin yüksək nailiyyətləriniz var: 2021 və 2022-ci illərdə 23 yaşa qədər olan idmançıların yarışında Avropa çempionatının bürünc medalları, Qran-pri və Böyük Dəbilqə yarışlarında qələbələr, Parisdə olimpiya medalı. Bu yolda sizin üçün həlledici məqam hansı olub?

- Məncə, bu, ilk növbədə valideynlərin və məşqçinin mənə olan inamıdır. Onların dəstəyi olmadan bunu edə bilməzdim.

- 2023/24 mövsümündə sizin üçün ən vacib məqam hansı olub?

- Mən üçünü qeyd edərdim. 2023-cü ilin Avropa çempionatında bürünc uğrunda mübarizədə komanda yoldaşıma məğlubiyyətim. O zaman qəbul etdim ki, çox güman ki, olimpiadaya o gedəcək. Ancaq məşqçim mənə sona qədər mübarizə aparmalı olduğumu bildirdi - və bu, məni, həqiqətən, motivasiya etdi.

Antalyada keçirilən Böyük Dəbilqə turnirində qələbə. O an, həqiqətən, inanırdım ki, yarışlara çıxmaq və medal uğrunda mübarizə aparmaq şansım var.

Son ana qədər olimpiadaya kimin gedəcəyi bəlli deyildi. Sonra məşqçi təklif etdi ki, buna Petr Pelivanla özümüz qərar verməliyik. Daxili yoxlama döyüşləri təşkil etmək olardı, lakin onun üçün komanda ruhunu qorumaq daha vacib idi. Sonda olimpiadaya mən getdim.

- Olimpiadada çiyninizdə zədə ilə mübarizə apardınız və medalı atanıza həsr etdiniz. O an sizə nə güc verdi?

- Olimpiadadan əvvəlki gecə temperaturum 40-a yaxın idi. Mənə güc verən yeganə şey atamın xatirəsi oldu. Olimpiadada iştirak etmək onun arzusu olub, amma bu onda alınmayıb. Mən, sadəcə, döşəyə çıxmaq istəyirdim. O vaxt heç medal haqqında düşünmürdüm. Addım-addım bürünc uğrunda mübarizəyə çatdım. Orada italyanla döyüşdə zədələndim, amma belə bir ağır yolun sonunda təslim ola bilməzdim. Zədə olub-olmamasının fərqi yox idi - sona qədər getməli idim. Və mən ürəkdən inanıram ki, uca yaradanın köməyi sayəsində bunu bacardım.

- Yarımfinalda Coan-Benjamin Qabaya uduzduqdan sonra bürünc medal uğrunda görüşə necə hazırlaşdınız? Xüsusi strategiya var idi?

- Bəli, məşqçimlə italyanların üslubunu əvvəlcədən təhlil etdik və döyüş üçün dəqiq plan hazırladıq. Nəticədə, düşündüyümüzü həyata keçirməyə nail oldum.

- Siz hüquq təhsili almısınız, hazırda Moldova Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsində oxuyursunuz, Moldova Azərbaycanlıları Konqresi Şurasının üzvüsünüz. İdman və peşəkar fəaliyyətləri birləşdirməyi necə bacarırsınız?

- Bu, asan deyil. Məncə, əsas olan istəkdir. Hər şey üçün kifayət qədər vaxt olmayacağını başa düşməli və prioritetləri təyin etməlisiniz. Mənim üçün idman birinci yerdədir, qalan hər şey isə gücümün yetdiyi qədərdir. Yalnız cüdo ilə məşğul olsaydım, digər bacarıqlarımı itirərdim. Bundan əlavə, idman karyerası əbədi deyil - gələcək üçün bilik və bacarıqlara sahib olmaq vacibdir.

- Ata tərəfdən Azərbaycanla bağlısınız və Moldovada sizi Azərbaycan bayrağı ilə qarşılamışdılar. Moldova və Azərbaycan mədəniyyətləri arasında hansı oxşar və fərqli cəhətləri görürsünüz?

- Bizim ortaq cəhətimiz ailə dəyərlərimiz və qonaqpərvərlikdir. Fərqlər isə mətbəx və din faktoru ilə bağlıdır.

- Cüdoda hansı fəndləri və ya keyfiyyətlərinizi güclü tərəfiniz hesab edirsiniz?

- Güclü cəhətlərim təhlil etmək bacarığım və yüksək psixoloji sabitlikdir.

- Fiziki və psixoloji hazırlıq üçün hansı üsullardan istifadə edirsiniz?

- Yarışdan bir gün əvvəl psixoloji vəziyyətimə diqqət edirəm. Qorxularımı və narahatlıqlarımı yazıram, sonra onların üzərində işləyirəm. Olimpiadaya qədər mənim 30-a yaxın belə narahatlığım var idi. Çox görünür, amma biz robot deyilik, insanıq - narahatlıq tamamilə normaldır.

- Azərbaycan və Moldovadan olan və sizin idmanla yenicə məşğul olmağa başlayan gənclərə nə demək istərdiniz?

- Özünüzdən soruşun: niyə bu idmana gəlirsiniz? Məqsəd ciddi nəticələrdirsə, o zaman inanmaq və səbirli olmaq lazımdır. Unutmayın ki, bütün sınaqlar və bütün uğurlar uca yaradandandır.

- İndi qarşınıza hansı məqsədlər qoyursunuz? Yenidən olimpiya qızılı üçün mübarizə aparmaq istəyirsiniz?

- İdmanda əsas məqsədim öz potensialımı reallaşdırmaqdır, qalanı isə necə alınacaqsa, elə də olacaq.

Anar Həsənov, Rufina Abdullayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 İyul 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see193

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see168

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see151

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see149

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see142

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see140

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see140

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see139

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see137

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see136

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see134

Qızımın 23 yaşı olacaq, elçilər gəlmir

11 Dekabr 2025 06:36see134

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see133

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see129

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see129

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see127

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see127

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see126

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri