Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Şəhid atasının məktubu...

Şəhid atasının məktubu...

Icma.az, Modern.az saytına istinadən bildirir.

Bütövlüyünə qovuşan Vətən onların əmanətidir

Şəhid atası yazmışdı. Hər misrası polad əridən marten sobası kimi isti və doğma olan bu məktubu oxuyanda hiss etdim ki, dərdin zirvəsindən boylanan bir atanın yazdığından çox deməyə sözü var.

Söz haqqı, söz demək haqqı hər zaman onlarındır. Haqqımızda yazdığı fikirlərdə də haqlı idi. Zəfərlə taclanan Vətən müharibəsində daxili qoşunların əsgər və zabitlərinin göstərdiyi şücaətləri, arxa cəbhədə daxili işlər orqanları əməkdaşlarının sabitliyi qorumaq, təhlükəsizliyi təmin etmək kimi vəzifələrini peşəkarlıqla, məsuliyyətlə yerinə yetirdiklərini şəhid atası kiçik məktuba böyük ürəklə sığdırmağı bacarmışdı.

Onları təkcə əlamətdar günlərdə deyil, hər gün yad edən, qayğıları ilə maraqlanan Daxili İşlər Nazirliyinin, eləcə də Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkür etməyi də unutmamışdı Xüsusi Təyinatlı Qüvvələr mənsubu şəhid kapitan Həmidağa Hüseynzadənin atası Bağı kişi.

Daxili İşlər Nazirliyinə ünvanlanan məktubla bağlı Nəsimi RPİ ilə əlaqə saxlayanda idarə rəisi polis polkovniki Vüqar Ağayevin: “O doğma ocağa bizim əməkdaşlarımızla birgə getsəniz daha münasib olar”,- deməyi, düzü, marağıma səbəb oldu. Ziyarətə çevrilən şəhid evini doğma ocağı bilən həmkarıma deməyə başqa söz tapmadım.

Bələdçimiz şəxsi heyətlə iş üzrə rəis köməkçisi polis polkovnik-leytenantı Zaur Kərimov oldu…

Bizi şəhidimizin qardaşı Amin qarşıladı. Onun öz doğmasını, əzizini görürmüş kimi hər birimizlə, xüsusilə polis polkovnik-leytenantı Zaur Kərimovla görüşməsi, əslində, çox mətləblərdən xəbər verirdi. Daha doğrusu, bu istilik, bu səmimiyyət bu evə, ocağa doğma olanlara, onların dərdini öz dərdi, sevincini öz sevinci bilənlərə göstərilə bilərdi ancaq.  

Şəhid atalarını kövrək baxışlarından, şəhid analarını isə oğul axtaran gözlərindən tanımaq olur. Bizi qəhrəmanımızın divara vurulmuş şəkli önündə bağrına basan Bağı kişi: “Oğlumdur, Həmidağadır”,- dedi. Həmin an mənə elə gəldi ki, şəkilə doğru uzanan o əllərdən dünyanın ən ağır daşları asılıb, o əllər dil açıb ölümsüzlüyə qovuşan qəhrəmana “Polis qardaşların xatirələrinin boy verdiyi evimizə gəliblər”,- demək istəyir. Şəklin yanında baş-başa verən qardaş bayraqlar sanki onlara sayğı duruşunda hərbi salam verən zabitimizin ruhunu görüb daha əzəmətli dalğalanırdılar.

“Daxili İşlər Nazirliyinin əməkdaşları və hərbi qulluqçuları da Zəfərimizin memarlarındandır. Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də həm ön, həm də arxa cəbhədə onların göstərdiyi fədakarlıqları biz şəhid ailələri çox yüksək qiymətləndiririk. Bizim qanlı döyüşlərdə düşmən bağrı yaran övladlarımız bilirdilər ki, onların doğmaları, əzizləri, ailələri əmin əllərdədir. O 44 gündə, sözün əsl mənasında, Azərbaycan Polisi güvən yerinə çevrildi. Müharibədən keçən 5 il ərzində isə rayonumuzun polisləri bizi tək qoymadılar, bu gün də yanımızdadırlar”.

Dəmir nizam-intizam, Vətən sevgisi ilə yanaşı, müqəddəs andın çətiri altında birləşən, dövlət tərbiyəsi görmüş oğulların həssaslığından, vətəndaşlara təhlükədən daha yaxın olmalarından, canlarını belə əsirgəməyib həyat qurtarmalarından çox yazmışıq, çox yazıblar. Bu sözləri də şəhid atasının dilindən ünvanımıza eşitmək çox qürurverici idi…

Hər an, hər söz xatirəyə çevrildiyi kimi, hər görüş də xatirəyə çevrilir. Bir məktubun sorağı ilə üz tutduğum doğma ocağın qapıları bu gün hər kəsin üzünə açıqdır.

İnanırıq ki, şəhidimizin ata yurduna bundan sonra təşrif buyuranlar Vətən sevgisinə bələnmiş bir ömrə şahidlik edən şəkillərdə, geyimlərdə, əsgər çəkmələrində, bir sözlə, döyüşçüyə aid hər şeydə bir müqəddəsliyin, Vətənə sevginin nişanəsini görəcəklər.

Yaddaşlara yazılan, xatirəsi ehtiramla anılan şəhid kapitan Həmidağa Hüseynzadəni tanıtmaq üçün qısa ömrünün böyük akkordlarına yenidən nəzər salaq.

Şəhidimiz 13 avqust 1990-cı il Bakıda doğulub. 1997-2008-ci illərdə A.Şaiq adına 54 saylı tam orta məktəbdə oxuyub. Məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2012-ci ildə fərqlənmə ilə bitirib. 2013-cü ildən Ağcabədi və Ağdam rayonlarında xidmət edib. Elə həmin il Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi yubiley medalı ilə təltif olunub.

Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə 2014-cü ildən başlayıb. Əvvəlcə baş kəşfiyyatçı, qrup komandirinin müavini, daha sonra qrup komandiri vəzifəsində xidmət edib.

Türkiyədə və Gürcüstanda keçirilən təlimlərdə iştirak edib, sertifikatlar alıb. Aprel döyüşlərində göstərdiyi igidliyə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən medalla təltif olunub.

O, rus, ingilis və erməni dillərini bilirdi. Düşmənlərin pusquya salınmasında dil bilgisi, savadı, qərarvermə bacarığı onun çox köməyinə çatmışdı. Torpaqlarımızı azad etmək, illərin qisasını almaq fürsəti verən Vətən müharibəsi ümumilikdə xalqımızın, xüsusilə Həmidağa kimi döyüşlərdə, mühüm tapşırıqlarda püxtələşən, təcrübə qazanan xüsusi təyinatlıların ən çətin sınağı idi.

Cəsur kəşfiyatçının müharibənin ilk günlərində Murovdağ silsiləsindəki “Canavar qulağı” adlandırılan postları düşməndən geri almaq üçün əsgərləri ilə birlikdə göstərdiyi böyük fədakarlıqlar bu gün də dillər əzbəridir.

Sentyabrın 28-də isə “xallı” (Aprel döyüşlərindən sonra düşmən onu belə adlandırırdı. Şəhidimizin üzündə qara xalı vardı), Həmidağa düşmənin növbəti həmləsini dəf edərkən şəhidlik zirvəsinə ucalır. O, II Fəxri Xiyabanda torpağa tapşırılıb. Ölümündən sonra “Qarabağ ordeni”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub. Şəhidimizin Həmidə adlı övladı bizlərə yadigar qalıb.

Hafiz Təmirov,

polis polkovniki

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Aprel 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see943

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see521

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see374

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see339

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see302

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see288

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see282

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see277

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see256

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see256

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see255

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see244

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see239

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see236

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see236

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see219

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see216

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see203

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri