Icma.az
close
up
RU
Şəhid atasının məktubu

Şəhid atasının məktubu

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hafiz TƏMİROV
Polis polkovniki 

Şəhid atası yazmışdı. Hər misrası polad əridən marten sobası kimi isti və doğma olan bu məktubu oxuyanda hiss etdim ki, dərdin zirvəsindən boylanan bir atanın yazdığından çox deməyə sözü var.

Söz haqqı, söz demək haqqı hər zaman onlarındır. Haqqımızda yazdığı fikirlərdə də haqlı idi. Zəfərlə taclanan Vətən müharibəsində daxili qoşunların əsgər və zabitlərinin göstərdiyi şücaətləri, arxa cəbhədə daxili işlər orqanları əməkdaşlarının sabitliyi qorumaq, təhlükəsizliyi təmin etmək kimi vəzifələrini peşəkarlıqla, məsuliyyətlə yerinə yetirdiklərini şəhid atası kiçik məktuba böyük ürəklə sığdırmağı bacarmışdı.

Onları təkcə əlamətdar günlərdə deyil, hər gün yad edən, qayğıları ilə maraqlanan Daxili İşlər Nazirliyinin, eləcə də Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkür etməyi də unutmamışdı Xüsusi Təyinatlı Qüvvələr mənsubu, şəhid kapitan Həmidağa Hüseynzadənin atası Bağı kişi.

Daxili İşlər Nazirliyinə ünvanlanan məktubla bağlı Nəsimi RPİ ilə əlaqə saxlayanda idarə rəisi, polis polkovniki Vüqar Ağayevin: "O doğma ocağa bizim əməkdaşlarımızla birgə getsəniz daha münasib olar", - deməyi, düzü, marağıma səbəb oldu. Ziyarətə çevrilən şəhid evini doğma ocağı bilən həmkarıma deməyə başqa söz tapmadım.

Bələdçimiz şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Zaur Kərimov oldu...

Bizi şəhidimizin qardaşı Amin qarşıladı. Onun öz doğmasını, əzizini görürmüş kimi hər birimizlə, xüsusilə polis polkovnik-leytenantı Zaur Kərimovla görüşməsi, əslində, çox mətləblərdən xəbər verirdi. Daha doğrusu, bu istilik, bu səmimiyyət bu evə, ocağa doğma olanlara, onların dərdini öz dərdi, sevincini öz sevinci bilənlərə göstərilə bilərdi ancaq. 

Şəhid atalarını kövrək baxışlarından, şəhid analarını isə oğul axtaran gözlərindən tanımaq olur. Bizi qəhrəmanımızın divara vurulmuş şəkli önündə bağrına basan Bağı kişi: "Oğlumdur, Həmidağadır", - dedi. Həmin an mənə elə gəldi ki, şəkilə doğru uzanan o əllərdən dünyanın ən ağır daşları asılıb, o əllər dil açıb ölümsüzlüyə qovuşan qəhrəmana "Polis qardaşların xatirələrinin boy verdiyi evimizə gəliblər", - demək istəyir. Şəklin yanında baş-başa verən qardaş bayraqlar sanki onlara sayğı duruşunda hərbi salam verən zabitimizin ruhunu görüb daha əzəmətli dalğalanırdılar.

"Daxili İşlər Nazirliyinin əməkdaşları və hərbi qulluqçuları da Zəfərimizin memarlarındandır. Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də həm ön, həm də arxa cəbhədə onların göstərdiyi fədakarlıqları biz şəhid ailələri çox yüksək qiymətləndiririk. Bizim qanlı döyüşlərdə düşmən bağrı yaran övladlarımız bilirdilər ki, onların doğmaları, əzizləri, ailələri əmin əllərdədir. O 44 gündə, sözün əsl mənasında, Azərbaycan Polisi güvən yerinə çevrildi. Müharibədən keçən 5 il ərzində isə rayonumuzun polisləri bizi tək qoymadılar, bu gün də yanımızdadırlar".

Dəmir nizam-intizam, Vətən sevgisi ilə yanaşı, müqəddəs andın çətiri altında birləşən, dövlət tərbiyəsi görmüş oğulların həssaslığından, vətəndaşlara təhlükədən daha yaxın olmalarından, canlarını belə əsirgəməyib həyat qurtarmalarından çox yazmışıq, çox yazıblar. Bu sözləri də şəhid atasının dilindən ünvanımıza eşitmək çox qürurverici idi.

Hər an, hər söz xatirəyə çevrildiyi kimi, hər görüş də xatirəyə çevrilir. Bir məktubun sorağı ilə üz tutduğum doğma ocağın qapıları bu gün hər kəsin üzünə açıqdır.

İnanırıq ki, şəhidimizin ata yurduna bundan sonra təşrif buyuranlar Vətən sevgisinə bələnmiş bir ömrə şahidlik edən şəkillərdə, geyimlərdə, əsgər çəkmələrində, bir sözlə, döyüşçüyə aid hər şeydə bir müqəddəsliyin, Vətənə sevginin nişanəsini görəcəklər.

Yaddaşlara yazılan, xatirəsi ehtiramla anılan şəhid kapitan Həmidağa Hüseynzadəni tanıtmaq üçün qısa ömrünün böyük akkordlarına yenidən nəzər salaq.

Şəhidimiz 13 avqust 1990-cı il Bakıda doğulub. 1997-2008-ci illərdə A.Şaiq adına 54 saylı tam orta məktəbdə oxuyub. Məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2012-ci ildə fərqlənmə ilə bitirib. 2013-cü ildən Ağcabədi və Ağdam rayonlarında xidmət edib. Elə həmin il Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi yubiley medalı ilə təltif olunub.

Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə 2014-cü ildən başlayıb. Əvvəlcə baş kəşfiyyatçı, qrup komandirinin müavini, daha sonra qrup komandiri vəzifəsində xidmət edib.

Türkiyədə və Gürcüstanda keçirilən təlimlərdə iştirak edib, sertifikatlar alıb. Aprel döyüşlərində göstərdiyi igidliyə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən medalla təltif olunub.

O, rus, ingilis və erməni dillərini bilirdi. Düşmənlərin pusquya salınmasında dil bilgisi, savadı, qərarvermə bacarığı onun çox köməyinə çatmışdı. Torpaqlarımızı azad etmək, illərin qisasını almaq fürsəti verən Vətən müharibəsi ümumilikdə xalqımızın, xüsusilə Həmidağa kimi döyüşlərdə, mühüm tapşırıqlarda püxtələşən, təcrübə qazanan xüsusi təyinatlıların ən çətin sınağı idi.

Cəsur kəşfiyatçının müharibənin ilk günlərində Murovdağ silsiləsindəki "Canavar qulağı" adlandırılan postları düşməndən geri almaq üçün əsgərləri ilə birlikdə göstərdiyi böyük fədakarlıqlar bu gün də dillər əzbəridir.

Sentyabrın 28-də isə "xallı" (Aprel döyüşlərindən sonra düşmən onu belə adlandırırdı. Şəhidimizin üzündə qara xalı vardı), Həmidağa düşmənin növbəti həmləsini dəf edərkən şəhidlik zirvəsinə ucalır. O, II Fəxri xiyabanda torpağa tapşırılıb. Ölümündən sonra "Qarabağ ordeni", "Kəlbəcərin azad olunmasına görə", "İgidliyə görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub. Şəhidimizin Həmidə adlı övladı bizlərə yadigar qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://525.az
archiveBu xəbər 06 May 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gənclərimizi müasir elmi trendlərlə tanış etmək çox vacibdir”

11 İyun 2026 21:09see374

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

10 İyun 2026 16:52see285

Bu gün Dünya Çempionatı başlayır Açılış matçının saatı

11 İyun 2026 09:12see225

İranlı deputatdan Azərbaycanla bağlı SENSASİON ÇIXIŞ

10 İyun 2026 22:12see220

Bu məkanlar BŞİH dən alındı

10 İyun 2026 21:24see216

Azərbaycanla münasibətlərimiz strateji səviyyəyə yüksəlib Amerikalı senator

10 İyun 2026 21:34see215

Nevroloqlarımız İstanbul konfransında

11 İyun 2026 12:02see204

Şamaxı millimizin müdafiəçisini transfer etdi RƏSMİ

10 İyun 2026 21:22see202

284 saylı məktəbdə birinci sinfə qəbul ləğv olunub? VİDEO

10 İyun 2026 23:51see193

Fransa və İspaniya ön planda: futbol üzrə dünya çempionatının favoritləri açıqlandı “The New York Times“

10 İyun 2026 21:00see191

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

10 İyun 2026 21:23see185

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

11 İyun 2026 12:01see182

Tramp: ABŞ İrandan milyonlarla barel neft çıxarıb

10 İyun 2026 21:16see181

Gənclər Liqası: “Sabah” “Bazel”lə qarşılaşacaq

10 İyun 2026 21:17see179

Günəşdən qoruyucu krem əvəzinə bundan istifadə olunur

12 İyun 2026 04:27see178

Vuçiç istefa verəcək: “Sizə xəbər verəcəyəm”

11 İyun 2026 13:32see177

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

10 İyun 2026 21:50see177

Bu rayonda 122 hektarda aqropark yaradılacaq AÇIQLAMA

12 İyun 2026 04:07see173

Bir dəqiqəyə bir kiloqram bal yedi

11 İyun 2026 01:11see173

Vuçiç Baş nazir olmaq istəyir

11 İyun 2026 03:08see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri