Atasının evinə hücum edən müharibə iştirakçısı həbs olundu
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Naftalanda atasının evinə hücum edən şəxs həbs edilib.
Oxu.Az-ın məlumatına görə, hadisə Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, ev 26, mənzil 23-də baş verib. Həmin ünvanda yaşayan Vətən müharibəsi iştirakçısı olmuş Tural Məmmədov (soyad şərtidir) Goranboy rayonuna-atasının evinə gedərək pensiya kartını istəyib. Atası isə kartın Etibar adlı tanışında olduğunu deyib və bildirib ki, bir neçə dəqiqədən sonra kartı alıb ona verə bilər.
Məsələdən qəzəblənən Tural atasını təhqir edərək evdəki əşyaları dağıdaraq mənzildən çıxıb öz evinə gəlib. Atası Turalın ardınca həmin evə getmək istəsə də, Tural atasını evə buraxmayıb.
Atası məsələ ilə bağlı polisə məlumat verib. Hadisə yerinə gələn polislər Turalla söhbət etsələr də, o, polisləri də təhqir edib və onlara müqavimət göstərib.
Tural polis şöbəsinə gətirilib və barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə T.Məmmədov 15 sutka həbs edilib.
Samir Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 23 İyun 2025 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















