Atauşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır
Icma.az, Saglamolun portalına istinadən məlumat verir.
Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişaf edir. Ata ilə qarşılıqlı əlaqə uşağın intellektual, sosial-emosional, cinsi-rol və şəxsiyyət inkişafında mühüm rol oynayır.
Ata-övlad qarşılıqlı əlaqəsinin uşaqların həm sosial, emosional və ünsiyyət bacarıqlarını inkişaf etdirmələri, həm də onları real xarici dünyaya hazırlamaları üçün son dərəcə əhəmiyyətli olduğunu vurğulayan psixiatr bildirib ki, valideynlərin uşaq yetişdirərkən məsuliyyəti paylaşmanın vacibliyini anlamalıdırlar. Ata fiquru uşaq inkişafındakı əhəmiyyətli yer tutur.
“Həm ananın, həm də atanın qarşılıqlı əlaqəsi uşağın sağlam inkişafında fərqli nəticələrə malikdir. Ata-övlad qarşılıqlı əlaqəsi uşaqda diferensiallaşmaya başlayır, onu müstəqil edir və yaradıcılıq verir. Bu səbəbdən atalar da övladları ilə oyunlar oynamalı, onlara kitab oxumalı, nümunə olmalıdırlar”,-deyə mütəxəssis qeyd edib.
Onun sözlərinə görə, xüsusilə 0-6 yaş qrupunda bu münasibətlər çox önəmlidir. Şəxsiyyətin əsas quruluşu altı yaşa qədər formalaşır. Ata-övlad ünsiyyəti güclü olan uşaqlarda müsbət şəxsiyyət xüsusiyyətlərinin formalaşdığı görülür. Unutmaq olmaz ki, yaxşı ata-övlad münasibəti həm də uşağın həyata münasibətini də gücləndirir. Ata-övlad münasibətində ən vacib məqam uşağa sevildiyini və dəyər verildiyini hiss etdiməkdir. Bu uşaqlarda özgüvəni gücləndirir. Uşaqlar səhv etdikdə onları mühakimə etmədən, qınamadan dinləməyə çalışaraq hisslərini anlamağa çalışılmalı, uşağın düşüncələri dinlənilməlidir. Bundan əlavə, ata örnək olmaq üçün verdiyi məsləhətlərə ilk olaraq özü əməl etməlidir.
medicalmedia.az
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 16 Noyabr 2024 07:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















