Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Valideynlərin nəzərinə! Bu uşaqların özgüvəni daha az olur

Valideynlərin nəzərinə! Bu uşaqların özgüvəni daha az olur

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkəmizdə son illərdə artan boşanma sayları ailə insititunun zəifləməsi və uşaqların psixoloji sağlamlığı kimi bir çox məsələlərlə bağlı ciddi narahatlıq doğurur. Valideynləri ayrılan uşaqlar bəzi hallarda sadəcə bir valideyninin qayğısını görə bilir, onların hər ikisini eyni zamanda gör, danışa bilmir. Psixoloqlar düşünür ki, həftəsonu belə, hər iki valideyni ilə vaxt keçirə bilməyən uşaqların özgüvən və psixoloji sağlamlığında ciddi problemlər yaranır. 


Klinik psixoloq Rövşən Nəcəfov mövzu ilə bağlı Modern.az-a bildirib ki, boşanmış ailələrin övladları sosial adaptasiya çətinlikləri ilə qarşılaşa bilər. Onlar həm ailə daxilində, həm də dostları və cəmiyyətlə münasibətlərdə müəyyən problemlər yaşaya bilərlər. Sosial rolları anlamaqda, duyğularını ifadə etməkdə tərəddüd edə və qarşılıqlı münasibətlərdə sabitlik yaratmaqda çətinlik çəkə bilərlər:


“Valideynlərindən birinin yoxluğunu daim hiss edən uşaqların özgüvəni zəifləyə bilər və bu onların akademik nailiyyətlərinə, dost münasibətlərinə və ümumi sosial bacarıqlarına bir çox hallarda mənfi təsir göstərir. Erkən yaşlarda valideyn dəstəyi ilə formalaşan emosional təhlükəsizlik hissinin itməsi, onların gələcəkdə insanlarla münasibətlərində etibar problemləri yaşamasına gətirib çıxarır”.


R. Nəcəfovun sözlərinə görə, uşaqlar üçün ən mühüm amil, boşanmadan sonra valideynlərin münasibətinin hansı istiqamətdə davam etməsidir. Daimi münaqişə və gərginlik içində böyüyən uşaq, sevgi və emosional sabitliyi hiss etmədiyi üçün dərin psixoloji travmalar yaşaya bilər. Bu baxımdan, sağlam ailə yalnız birlikdə yaşamaqdan ibarət deyil, həm də qarşılıqlı hörmət və anlayış mühiti yarada bilməkdir. Əgər bir ailədə gündəlik münaqişələr, emosional manipulyasiya və ziddiyyətlər dominantdırsa, bu, uşağın psixologiyasına boşanma faktından daha çox zərər verə bilər. Uşaq belə bir mühitdə böyüdükdə, daim konfliktlərə qarşı həssas olur, gələcək münasibətlərində stabil bağlılıq yaratmaqda çətinlik çəkir və emosional reaksiya tənzimləməsində problemlər yaşayır.


“Bəzi hallarda boşanma yalnız valideynlər üçün deyil, eyni zamanda uşağın sağlam inkişafı üçün də ən uyğun qərar ola bilər. Əgər boşanmış valideynlər övladlarına münasibətdə məsuliyyətli davranır, bir-biri ilə münaqişəni arxa planda saxlayır və sivil münasibət qururlarsa, uşağın psixoloji travma yaşama riski əhəmiyyətli dərəcədə azalır. Valideynlərin əsas vəzifəsi, ayrılıqdan sonra belə övladlarının həyatında aktiv iştirak etmək və onlara təhlükəsizlik hissi aşılamaqdır” – deyə psixoterapevt qeyd edib. 


“Boşanma uşağın günahı deyil və bu ona aydın şəkildə izah olunmalıdır. Valideynlər arasındakı problemlər uşağın üzərinə yüklənməməli, onun emosional yükü artırılmamalıdır. Ayrılıqdan sonra belə, valideynlər övladlarına sevgini, qayğını və sabitliyi eyni səviyyədə göstərməlidirlər. Boşanmış valideynlər bir-birilərinə qarşı nifrət və ya rəqabət aparmaq əvəzinə, uşaqlarının rifahını prioritet etməli və onların harmoniya içində böyüməsinə şərait yaratmalıdırlar”.


Sonda Rövşən Nəcəfov vurğulayıb ki, boşanmadan sonra uşağın sağlam inkişafı üçün vacib olan məqam valideynlərin münasibətlərini sivil şəkildə davam etdirməsi və onun emosional ehtiyaclarını tam şəkildə təmin etməsidir. Bir ailənin dayanıqlılığı yalnız hüquqi birliklə deyil, həm də emosional sabitlik, valideyn məsuliyyəti və qarşılıqlı hörmətlə ölçülür. Uşaqların gələcək psixoloji rifahı və xoşbəxtliyi, valideynlərin onlara yaratdığı sevgi və dəstək mühitindən birbaşa asılıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Mart 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri