ATB: Güclü rəqəmsal infrastruktur balanslı turizm axınının formalaşmasına xidmət edir
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 27 yanvar, AZƏRTAC
Bu gün Azərbaycanda turizm təkcə məkanlar və görməli yerlərlə məhdudlaşmır, ziyarətçi təcrübəsi rəqəmsal bağlantı, mədəniyyət, təbiət və qonaqpərvərlik amillərinin vəhdəti əsasında formalaşır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Turizm Bürosunun (ATB) icraçı direktoru Florian Zenqstşmid Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bağlantının mövcudluğu və keyfiyyəti turistlərin səfərlərini planlaşdırmasına, qərar qəbul etməsinə, marşrutlar üzrə hərəkətinə və xidmətlərdən real vaxt rejimində istifadəsinə birbaşa təsir göstərir.
“Bu amillər qonaq məmnuniyyətini və uzunmüddətli sədaqəti formalaşdırır. Son illər Azərbaycanda rəqəmsal infrastrukturun inkişafı sahəsində mühüm irəliləyiş əldə olunub, ölkə üzrə demək olar ki, universal genişzolaqlı internet əhatəsi təmin edilib. Bu isə Azərbaycanın təkcə turizm üçün deyil, həm də beynəlxalq biznes tədbirləri, konfranslar və qlobal toplantılar üçün etibarlı ev sahibi kimi mövqeyini gücləndirir. Ölkədə hotel və tədbir məkanları rəqəmsal qonaq xidmətləri və “ağıllı həlləri” getdikcə daha geniş tətbiq edir. Eyni zamanda, “Hotrec” və “Hotelstars Union” ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın otel təsnifat sistemi Avropa standartlarına uyğunlaşdırılıb və bütün ulduz kateqoriyalarında etibarlı “Wi-Fi” əsas keyfiyyət göstəricisi kimi qəbul olunur. Güclü bağlantı uzunmüddətli və işgüzar səfəri istirahətlə birləşdirən turistlərin cəlb edilməsində də mühüm rol oynayır. Bu kateqoriyaya aid ziyarətçilər iş, səyahət və gündəlik həyatın problemsiz şəkildə uzlaşdığı istiqamətlərə üstünlük verirlər”, - deyə ATB-nin icraçı direktoru vurğulayıb.
Florian Zenqstşmid bildirib ki, turizmdə uğur yalnız səfər edənlərin sayı ilə ölçülmür, qalma müddəti və yerli iqtisadiyyata töhfə də əsas göstəricilər sırasındadır: “Güclü rəqəmsal infrastruktur il boyu daha balanslı turizm axınının formalaşmasına xidmət edir. Bu sahədə real irəliləyiş dövlət və özəl sektor arasında sıx əməkdaşlıqdan asılıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 27 Yanvar 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















