Icma.az
close
up
RU
Atəşkəs aldadıcıdır: Tramp İranın strateji silahlarını əlindən almağa başlayır

Atəşkəs aldadıcıdır: Tramp İranın strateji silahlarını əlindən almağa başlayır

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əgər müharibənin ilk mərhələsində əsas diqqət İranın nüvə və raket proqramlarına yönəlmişdisə, indi Vaşinqton üçün daha böyük təhlükənin Tehranın malik olduğu strateji geoiqtisadi rıçaqlar olduğu aydın görünür.

Məhz buna görə Tramp administrasiyasının əsas hədəfi artıq təkcə İranın hərbi potensialı deyil. Vaşinqton Tehranın qlobal enerji bazarına və dünya logistikasına strateji təsir imkanlarını əlindən almağa çalışır.

İranın ən güclü silahı raketlər deyil
İran son aylarda göstərdi ki, onun əsas üstünlüyü yalnız raket arsenalı və nüvə proqramı deyil. Əsl strateji silah Hörmüz boğazıdır. Digər strateji rıçaq isə Qırmızı dənizin girişində yerləşən Bab əl-Məndəb boğazına təsir etmək imkanları və regiondakı proksi qüvvələridir.
Tehran sübut etdi ki, bu iki dəniz keçidi vasitəsilə təkcə ABŞ və onun müttəfiqlərinə deyil, bütövlükdə dünya iqtisadiyyatına təsir göstərə bilər. Bu isə artıq regional təhlükə deyil. Bu, qlobal enerji təhlükəsizliyi və logistika, dəhliz problemidir. Məhz buna görə Vaşinqtonun strateji planı dəyişir.

Trampın ilk əsas məqsədlərindən biri məqsədi Hörmüzün geosiyasi çəkisini azaltmaqdır. Vaşinqton anlayır ki, İran Hörmüz boğazını geosiyasi təzyiq vasitəsi kimi saxladığı müddətdə ABŞ hər dəfə eyni problemlə üzləşəcək. Bu səbəbdən Tramp administrasiyasının əsas məqsədlərindən biri Hörmüzdən yan keçən alternativ enerji və logistika marşrutlarını sürətlə inkişaf etdirməkdir.

Bu strategiya təkcə hərbi əməliyyatlarla məhdudlaşmır.
Buraya yeni enerji dəhlizlərinin yaradılması, alternativ neft ixrac marşrutlarının genişləndirilməsi, Qırmızı dənizdən asılılığın azaldılması və İranın proksi şəbəkəsinin zəiflədilməsi daxildir. Başqa sözlə, Vaşinqton artıq İranın silahlarını deyil, İranın geosiyasi üstünlüklərini sıradan çıxarmağa çalışır.

Yeni geosiyasi reallıq artıq formalaşıb
Bu münaqişənin necə başa çatmasından asılı olmayaraq, bir həqiqət dəyişməyəcək. Nə Hörmüz boğazında, nə də Qırmızı dənizdə vəziyyət artıq əvvəlki kimi olmayacaq. Dünya açıq şəkildə gördü ki, beynəlxalq enerji bazarı cəmi bir neçə boğazdan asılı vəziyyətdədir. Bu isə böyük dövlətləri alternativ marşrutlar yaratmağa məcbur edəcək. Bu səbəbdən də qarşıdakı illərdə enerji şirkətləri, logistika operatorları və böyük dövlətlər tədricən Hörmüz və Bab əl-Məndəbdən asılılığı azaltmağa çalışacaqlar. Bu proses təbii olaraq yeni geoiqtisadi xəritənin formalaşmasına gətirib çıxaracaq.

Atəşkəs müharibənin sonu deyil
Donald Trampın son bəyanatı da bunu təsdiqləyir. ABŞ Prezidenti açıq şəkildə bildirib ki, diplomatiya üçün vaxt məhduddur və danışıqlar nəticə verməzsə, hərbi əməliyyatlar yenidən başlayacaq. Bu isə göstərir ki, hazırkı atəşkəs sadəcə əməliyyat fasiləsidir. Hər iki tərəf növbəti mərhələyə hazırlaşır.
Növbəti mərhələdə ABŞ İranın strateji üstünlüklərini zəiflətməyə çalışacaq. İran isə Hörmüz, Bab əl-Məndəb və proksi qüvvələr vasitəsilə çəkindiricilik imkanlarını qorumağa cəhd göstərəcək.

Ancaq artıq bir məsələ dəqiq görünür: Bu müharibənin necə nəticələnməsindən asılı olmayaraq, nə Hörmüz boğazı, nə də Qırmızı dəniz əvvəlki geosiyasi statusuna qayıtmayacaq. Yeni reallıq formalaşıb və qlobal enerji təhlükəsizliyinin gələcəyi məhz bu yeni reallıq üzərində qurulacaq.

Mürtəza Bünyadlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 İyul 2026 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri