Icma.az
close
up
RU
Atəşkəs istəməmişik, bir daha təkrarlanmamalıdır Əraqçi

Atəşkəs istəməmişik, bir daha təkrarlanmamalıdır Əraqçi

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tehran atəşkəs üçün müraciət etməyib və münaqişə elə başa çatmalıdır ki, ölkəyə qarşı belə hücumlar bir daha təkrarlanmasın.

Ölkə.Az-ın İranın SNN agentliyinə istinadən məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi jurnalistlərlə söhbətində deyib.

Nazirin sözlərinə görə, İran “ağır bir il” yaşayıb, lakin ölkə bu dövrü “qürur, ləyaqət və şərəflə” geridə qoyub.

“Bizdən qeyd-şərtsiz kapitulyasiya tələb edən Amerika indi Hörmüz boğazını açmaq üçün başqa ölkələrə müraciət edir”, – deyə o bildirib.

İran XİN rəhbəri Hörmüz boğazı ətrafındakı vəziyyətə də münasibət bildirib. Onun sözlərinə görə, əvvəllər İranın kapitulyasiyasını tələb edən ABŞ indi boğazda gəmiçiliyin təhlükəsizliyinin təmin olunması üçün digər dövlətlərdən kömək istəyir. Bununla yanaşı, o vurğulayıb ki, Tehranın mövqeyinə görə boğaz açıqdır, lakin İranın özünə qarşı saydığı tərəflər istisna olmaqla.

“Biz dəfələrlə demişik və dünən Amerika telekanallarından birinə müsahibəmdə də təkrar etmişəm: biz heç bir mesaj göndərməmişik və atəşkəs istəmirik. Amma bu müharibə elə başa çatmalıdır ki, bir daha təkrarlanmasın”, – deyə o bildirib.

Əraqçi əlavə edib ki, İran “ləyaqətli müqaviməti” davam etdirəcək və müharibənin uzanmasını istəmir. Lakin o hesab edir ki, münaqişə gələcəkdə belə hücumların təkrarlanmasına imkan verməyəcək şəkildə başa çatmalıdır.

Onun sözlərinə görə, İran xalqı ölkəni müdafiə etməyə və lazım gələrsə qarşıdurmanı davam etdirməyə hazırdır.

“Məncə, onlar artıq yaxşı dərs alıblar və başa düşüblər ki, hansı xalqla üz-üzədirlər – özünü müdafiə etməkdə tərəddüd etməyən və lazım gələrsə müharibəni harada olursa-olsun davam etdirməyə hazır olan bir xalqla”, – deyə o sözlərini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Mart 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri