Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

Qalatasaray və Fənərbaxça dan Real ın ulduzuna təklif

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

Zelenski BMT Baş Assambleyasında çıxışını yekunlaşdırıb

Putinlə Mişustinin maaşı artdı

Yollar yenə tıxaclıdır Siyahı

Yol vergisi alınacaq AÇIQLAMA

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

Ərdoğan Makronla görüşdü

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

AYNA DAN UNİKAL YENİLİK: AVTOBUSLARDA SƏRNİŞİNLƏRƏ ÇAY, KOFE VƏ QURU YEMƏKLƏR TƏKLİF EDİLƏCƏK!

ATƏT PA nın İpək Yolu Qrupu Budva Bəyannaməsini qəbul etdi FOTOLAR

ATƏT PA nın İpək Yolu Qrupu Budva Bəyannaməsini qəbul etdi FOTOLAR

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Budva, Monteneqro – 5-7 may 2025
Xəbər verdiyimiz kimi, 5 may 2025-ci il tarixində Monteneqronun Budva şəhərində ATƏT Parlament Assambleyasının (ATƏT PA) İpək Yolu Qrupu və Monteneqro Parlamenti tərəfindən birgə təşkil olunan 5-ci Beynəlxalq Konfrans işə başlayıb. SİA xəbər verir ki, “Qitələr Arasında Körpü Qurmaq: Davamlı Turizm, Təmiz Enerji və Ekoloji Tarazlıqla Dayanıqlı Gələcək” mövzusunda keçirilən konfransda Monteneqro Parlamentinin Prezidenti Andrija Mandić, Məkan Planlaşdırılması, Urbanizasiya və Dövlət Əmlakı naziri Slaven Radunović, Turizm naziri Simonida Kordić, Dənizçilik naziri Filip Radulović, ATƏT PA-nın Baş katibi Roberto Montella, ATƏT-in İqtisadi və Ətraf Mühit Fəaliyyətləri üzrə Koordinatoru Bakıt Jusupov, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev, Avropa İttifaqının Enerji Birliyi Katibliyinin Avropa Yaşıl Razılaşması Bölməsinin rəhbəri Adam Sveç, Aralıq dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun vitse-prezidenti Müşərrəf Pərvin Tuba Durgut, ATƏT PA-nın üzvləri, beynəlxalq təşkilatların və özəl sektorun nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Monteneqro Parlamentinin Prezidenti Andrija Mandić İpək Yolu Qrupunun fəaliyyətini yüksək qiymətləndirərək bu platformanın qədim İpək Yolu ənənələrini yaşatmaqla qitələrarası əməkdaşlığı gücləndirdiyini və ölkəsinin bu əhəmiyyətli tədbirə ev sahibliyi etməsindən məmnun olduğunu bildirib.

ATƏT PA-nın İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitəsinin və İpək Yolu Qrupunun sədri Azay Quliyev çıxışında bildirib ki, 2017-ci ildə təsis olunan Qrup bu gün 27 ölkəni özündə birləşdirir və Assambleyanın ən dinamik və əhatəli platformalarından birinə çevrilib. O, Qrupun “Şərq və Qərb, ənənə və yenilik, tarix və gələcək arasında körpü” rolunu ön plana çəkib.

ATƏT PA-nın vitse-prezidentləri Kriakos Haciyani və Pere Pons, Baş katib Roberto Montella, ATƏT-in Koordinatoru Bakıt Jusupov, QDİƏT PA-nın Baş katibi Asəf Hacıyev və digər çıxış edənlər İpək Yolu Qrupunun və Budvada keçirilən konfransın ATƏT regionu üçün əhəmiyyətini vurğulayıb, bu təşəbbüslərin çağdaş problemlərin həllinə ciddi töhfə verdiyini qeyd ediblər.

Mayın 5-də “Dayanıqlı Turizm: İnkişaf və Ekologiya Arasında Tarazlıq”, “Təmiz Enerji Dəhlizləri: Davamlı Gələcəyin Enerji Mənbəyi” və “İpək Yolu Regionunda Əlaqəlilik: Çağırışlar və İmkanlar” mövzusunda Panel müzakirələr keçirilib.
Günün sonunda ATƏT PA-nın İpək Yolu Qrupu tərəfindən Budva Bəyannaməsi qəbul edilib. Bəyannamədə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət prinsipi təsdiqlənib.
ATƏT PA-nın İpək Yolu Qrupu tərəfindən COP29-un Sədrliyini həyata keçirən Azərbaycanın təşəbbüsü ilə qlobal iqlim gündəliyinə daxil edilən dayanıqlı turizm, təmiz enerji dəhlizləri və ekoloji zonalar arasında əlaqənin gücləndirilməsi təşəbbüslərinə dəstək ifadə olunub.

Bəyannamədə bərabərlik, həmrəylik və qarşılıqlı hörmət ruhunda qarşılıqlı anlayışın möhkəmləndirilməsi, ortaq maraqlar və praktik əməkdaşlığın inkişafı məqsədilə parlament diplomatiyasına sadiqlik vurğulanır. Eyni zamanda, iqlim dəyişiklikləri, iqtisadi qeyri-sabitlik və geosiyasi gərginliklərin doğurduğu çağırışlar fonunda parlamentlərin koordinasiyalı və prinsipial reaksiyasının vacibliyi qeyd olunub.
Bəyannamə, həmçinin İpək Yolu regionunun qitələrarası körpü rolunu vurğulayaraq, bu baxışın parlament dialoqu və ümumi iqtisadi inkişaf məqsədlərinə uyğun layihələrlə dəstəklənməsinin vacibliyini qeyd edir. İştirakçılar ATƏT PA-nın İpək Yolu Qrupunun inklüziv və gələcəyə yönəlmiş müzakirə platforması kimi rolunun gücləndirilməsinə sadiqliyini bir daha ifadə ediblər.
6 may tarixində konfrans çərçivəsində Biznes və Süni İntellekt Forumu keçiriləcək, ardınca isə nümayəndələrin iştirakı ilə “Hər Ölkəyə Bir Ağac Əkək” adlı ekoloji layihə çərçivəsində ağacəkmə aksiyası baş tutacaq. Aksiya zamanı Azərbaycanın və digər üzv ölkələrin adına ağac əkiləcək.
7 may tarixində isə konfrans iştirakçıları Monteneqronun turizm potensialı ilə yaxından tanış olacaqlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 May 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 Sentyabr 2025 18:39see220

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

24 Sentyabr 2025 17:46see186

Qalatasaray və Fənərbaxça dan Real ın ulduzuna təklif

24 Sentyabr 2025 15:46see165

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

24 Sentyabr 2025 17:43see159

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

24 Sentyabr 2025 23:49see153

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

24 Sentyabr 2025 19:02see141

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

25 Sentyabr 2025 00:05see138

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see132

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see131

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see130

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

24 Sentyabr 2025 20:24see127

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

24 Sentyabr 2025 21:50see125

Zelenski BMT Baş Assambleyasında çıxışını yekunlaşdırıb

24 Sentyabr 2025 18:36see120

Putinlə Mişustinin maaşı artdı

24 Sentyabr 2025 21:33see119

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see119

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see118

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see117

Ərdoğan Makronla görüşdü

24 Sentyabr 2025 22:00see117

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see116

AYNA DAN UNİKAL YENİLİK: AVTOBUSLARDA SƏRNİŞİNLƏRƏ ÇAY, KOFE VƏ QURU YEMƏKLƏR TƏKLİF EDİLƏCƏK!

24 Sentyabr 2025 09:14see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri