Icma.az
close
up
RU
İpək Yolu Qrupu ATƏT məkanının aparıcı parlament platformasına çevrilib

İpək Yolu Qrupu ATƏT məkanının aparıcı parlament platformasına çevrilib

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Haaqa, 4 iyul – ATƏT Parlament Assambleyasının Niderlandın Haaqa şəhərində keçirilən 33-cü İllik Sessiyası çərçivəsində İpək Yolu Qrupunun (Silk Road Group) 16-cı iclası keçirilib. 

Modern.az xəbər verir ki, iclası açan Qrupun sədri Azay Quliyev qlobal geosiyasi gərginlik, ticarət müharibələri və təchizat zəncirlərində yaranan problemlər fonunda etibarlı nəqliyyat dəhlizləri və iqtisadi bağlantıların beynəlxalq təhlükəsizlik və davamlı inkişaf üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib.

Onun sözlərinə görə, bu baxımdan İpək Yolu Qrupu parlamentlərarası dialoqu, qarşılıqlı etimadı və praktiki əməkdaşlığı təşviq edən mühüm beynəlxalq platformaya çevrilib.

İclasın əsas müzakirə mövzusu "Geosiyasi və iqtisadi qeyri-müəyyənlik şəraitində qlobal bağlantı və ticarət dəhlizlərinin çağırışları" olub.

ATƏT Parlament Assambleyasının Prezidenti Pere Joan Pons çıxış edərək qlobal iqtisadi çağırışların aradan qaldırılmasında parlament diplomatiyasının və çoxtərəfli əməkdaşlığın rolunu vurğulayıb.

İclasda əsas məruzəçi qismində çıxış edən Rotterdam Limanının  Deltalinqs təşkilatının İctimai Əlaqələr və Kommunikasiya üzrə Proqram Direktoru Edwin Van Scherrenburg qlobal logistika, liman infrastrukturu, təchizat zəncirlərinin dayanıqlığı və beynəlxalq ticarətin inkişaf perspektivləri barədə təqdimatla çıxış edib.

Müzakirələrdə Böyük Britaniya, Gürcüstan, Xorvatiya, Özbəkistan və digər ölkələrin parlament nümayəndələri çıxış edərək beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, regional iqtisadi əməkdaşlığın genişləndirilməsi və qlobal təchizat zəncirlərinin dayanıqlığının artırılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Azay Quliyev çıxışında Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya son səfərinin Azərbaycanın Avropa ilə Asiya arasında strateji bağlantı mərkəzi kimi roluna verilən yüksək qiymətin göstəricisi olduğunu qeyd edib. O vurğulayıb ki, Avropa İttifaqının Prezidentinin “Global Gateway”təşəbbüsü çərçivəsində Azərbayana səfəri zamanı elan etdiyi 200 milyon avroluq investisiya paketi nəqliyyat, enerji və rəqəmsal infrastrukturun inkişafına mühüm töhfə verəcək.

İclasda, həmçinin, 2027-ci ildə keçiriləcək İpək Yolu Qrupunun 6-cı Beynəlxalq Konfransına hazırlıq məsələləri müzakirə olunub, eləcə də San Marino və Böyük Britaniyanın Qrupa qoşulması ilə əlaqədar Qrupun Rəhbər Prinsipləri və Təcrübələrinə müvafiq dəyişikliklər təsdiq edilib.

Rotterdam Limanının rəhbərliyi İpək Yolu Qrupunun üzvlərini yaxın aylarda limana rəsmi səfərə dəvət edib. Dəvəti məmnunluqla qəbul edən Azay Quliyev ATƏT PA Katibliyinə Rotterdam Limanı ilə birgə səfərin vaxtı, proqramı və müzakirə mövzularının qarşılıqlı maraqlar əsasında razılaşdırılacağını qeyd edib. 

İclasın sonunda Azay Quliyev ATƏT Parlament Assambleyasının Prezidenti Pere Joan Pons Sampietroya və Baş katib Roberto Montellaya İpək Yolu Qrupunun fəaliyyətinə göstərdikləri davamlı dəstəyə görə təşəkkür edib.

İclasda Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Sevinc Fətəliyeva və Azərbaycanın ATƏT-dəki səfiri Rövşən Sadıqbəyli iştirak edib. 

Qeyd edək ki, 2017-ci ildə Azərbaycanın təşəbbüsü ilə yaradılan İpək Yolu Qrupu hazırda ATƏT Parlament Assambleyasının ən fəal platformalarından biri olmaqla nəqliyyat bağlantılarının inkişafı, ticarətin asanlaşdırılması, enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində parlamentlərarası dialoqu uğurla təşviq edir. ATƏT PA-nın 29 ölkəsi Qrupun rəsmi üzvüdür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 İyul 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see318

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see313

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see302

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see277

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see274

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see268

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see258

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see245

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see237

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see231

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see231

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see231

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see226

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see221

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see221

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see208

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see207

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see206

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri