Icma.az
close
up
RU
İpək Yolu Qrupu Haaqada toplandı FOTOLAR

İpək Yolu Qrupu Haaqada toplandı FOTOLAR

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkə.az-ın xəbərinə görə, toplantını açan Qrupun sədri Azay Quliyev bildirib ki, qlobal geosiyasi gərginlik, ticarət müharibələri və təchizat zəncirlərində yaranan problemlər fonunda etibarlı nəqliyyat dəhlizləri və iqtisadi bağlantılar beynəlxalq təhlükəsizlik və davamlı inkişaf üçün strateji əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, bu baxımdan İpək Yolu Qrupu parlamentlərarası dialoqu, qarşılıqlı etimadı və praktiki əməkdaşlığı təşviq edən mühüm beynəlxalq platformaya çevrilib.
İclasın əsas müzakirə mövzusu "Geosiyasi və iqtisadi qeyri-müəyyənlik şəraitində qlobal bağlantı və ticarət dəhlizlərinin çağırışları" olub.

ATƏT Parlament Assambleyasının Prezidenti Pere Joan Pons çıxış edərək qlobal iqtisadi çağırışların aradan qaldırılmasında parlament diplomatiyasının və çoxtərəfli əməkdaşlığın rolunu vurğulayıb.

İclasda əsas məruzəçi qismində çıxış edən Rotterdam Limanının  Deltalinqs təşkilatının İctimai Əlaqələr və Kommunikasiya üzrə Proqram Direktoru Edwin Van Scherrenburg qlobal logistika, liman infrastrukturu, təchizat zəncirlərinin dayanıqlığı və beynəlxalq ticarətin inkişaf perspektivləri barədə təqdimatla çıxış edib.

Müzakirələrdə Böyük Britaniya, Gürcüstan, Xorvatiya, Özbəkistan və digər ölkələrin parlament nümayəndələri çıxış edərək beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, regional iqtisadi əməkdaşlığın genişləndirilməsi və qlobal təchizat zəncirlərinin dayanıqlığının artırılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Azay Quliyev çıxışında Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya son səfərinin Azərbaycanın Avropa ilə Asiya arasında strateji bağlantı mərkəzi kimi roluna verilən yüksək qiymətin göstəricisi olduğunu qeyd edib. O vurğulayıb ki, Avropa İttifaqının Prezidentinin “Global Gateway”təşəbbüsü çərçivəsində Azərbayana səfəri zamanı elan etdiyi 200 milyon avroluq investisiya paketi nəqliyyat, enerji və rəqəmsal infrastrukturun inkişafına mühüm töhfə verəcək.
İclasda, həmçinin, 2027-ci ildə keçiriləcək İpək Yolu Qrupunun 6-cı Beynəlxalq Konfransına hazırlıq məsələləri müzakirə olunub, eləcə də San Marino və Böyük Britaniyanın Qrupa qoşulması ilə əlaqədar Qrupun Rəhbər Prinsipləri və Təcrübələrinə müvafiq dəyişikliklər təsdiq edilib.

Rotterdam Limanının rəhbərliyi İpək Yolu Qrupunun üzvlərini yaxın aylarda limana rəsmi səfərə dəvət edib. Dəvəti məmnunluqla qəbul edən Azay Quliyev ATƏT PA Katibliyinə Rotterdam Limanı ilə birgə səfərin vaxtı, proqramı və müzakirə mövzularının qarşılıqlı maraqlar əsasında razılaşdırılacağını qeyd edib. 

İclasın sonunda Azay Quliyev ATƏT Parlament Assambleyasının Prezidenti Pere Joan Pons Sampietroya və Baş katib Roberto Montellaya İpək Yolu Qrupunun fəaliyyətinə göstərdikləri davamlı dəstəyə görə təşəkkür edib.

İclasda Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Sevinc Fətəliyeva və Azərbaycanın ATƏT-dəki səfiri Rövşən Sadıqbəyli iştirak edib.

Qeyd edək ki, 2017-ci ildə Azərbaycanın təşəbbüsü ilə yaradılan İpək Yolu Qrupu hazırda ATƏT Parlament Assambleyasının ən fəal platformalarından biri olmaqla nəqliyyat bağlantılarının inkişafı, ticarətin asanlaşdırılması, enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində parlamentlərarası dialoqu uğurla təşviq edir. ATƏT PA-nın 29 ölkəsi Qrupun rəsmi üzvüdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 İyul 2026 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri