Icma.az
close
up
RU
ATƏT PA nın komitə iclasında Orta Dəhlizin strateji əhəmiyyəti barədə danışılıb

ATƏT PA nın komitə iclasında Orta Dəhlizin strateji əhəmiyyəti barədə danışılıb

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ATƏT PA-nın fevralın 20-də Vyanada işinə başlayan qış sessiyasında qurumun İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitəsinin iclası keçirilib. SİA xəbər verir ki, komitənin sədri Azay Quliyev iclası açaraq ölkəmizin maraqları baxımından bir neçə vacib məsələ, o cümlədən Orta Dəhlizin strateji əhəmiyyəti, iqlim böhranı və COP29-un uğurlu nəticələri, süni intellektin rolu, həmçinin gələcək çağırışlar haqqında danışıb. Deyib ki, hazırda dünya müxtəlif böhranlar və çağırışlarla üz-üzədir. Müxtəlif regionlarda baş verən münaqişələr yalnız lokal təsirlərlə məhdudlaşmır, həm də təhlükəsizlik, iqtisadi sabitlik və sosial balansı pozur. Rusiya-Ukrayna müharibəsi insan itkiləri ilə yanaşı, iqtisadi və ekoloji təhlükəsizliyi də ciddi şəkildə təhdid edir.

Bildirilib ki, müharibə qlobal tədarük zəncirlərini pozaraq, iqtisadi sabitliyi qorumaq və fasiləsiz əlaqəni təmin etmək üçün dayanıqlı və şaxələndirilmiş ticarət yollarının zəruriliyini ön plana çıxarmışdır. Bu kontekstdə Orta Dəhliz getdikcə daha mühüm alternativ kimi formalaşır. Avropanı Asiya ilə Cənubi Qafqaz və Mərkəzi Asiya vasitəsilə birləşdirən bu dəhliz pozulmuş tədarük zəncirlərinə dayanıqlı və təhlükəsiz alternativ kimi çıxış edir. Orta Dəhlizin gücləndirilməsi təkcə iqtisadi deyil, həm də enerji təhlükəsizliyi, ticarətin şaxələndirilməsi və regional sabitlik baxımından strateji əhəmiyyət daşıyır.

Eyni zamanda diqqətə çatdırılıb ki, iqlim böhranı sürətlə dərinləşir. Ekstremal hava şəraiti insanların həyatına təsir edir, icmaları məcburi köçkün vəziyyətinə salır, iqlimlə bağlı miqrasiyanı artırır, iqtisadiyyata mənfi təsir göstərir və resurs qıtlığını daha da kəskinləşdirir. Hamımız hələ də bu ilin əvvəlində Kaliforniyada baş verən dəhşətli meşə yanğınlarının təsirli görüntülərini xatırlayırıq. Bu kontekstdə, Bakıda keçirilən COP29 Sammiti iqlim böhranına qarşı təcili tədbirlərin görülməsinin zəruriliyini bir daha vurğuladı və bir sıra əhəmiyyətli nəticələrlə yadda qaldı.

A.Quliyev diqqətə çatdırıb ki, ilk dəfə olaraq ATƏT PA COP tədbirində rəsmən iştirak edib və parlament diplomatiyasının iqlim dəyişikliyi ilə mübarizədəki kritik rolu vurğulanıb.

Daha sonra ümumi komitənin qarşıdakı il üçün əsas diqqət yetirəcəyi məsələlərdən bəhs edilib, iqlim böhranının enerji təhlükəsizliyi, su çatışmazlığı və regional sabitliyə təsiri, Ukraynaya dəstək, miqrasiya problemlərinin idarə olunması, süni intellektin yaratdığı imkanlar və risklərə uyğun siyasətlərin hazırlanması mövzularının diqqət mərkəzində saxlanılacağı bildirilib.

Sonda vurğulanıb ki, ATƏT PA parlament diplomatiyasının imkanlarından istifadə edərək qlobal çağırışlara davamlı və səmərəli həll yolları tapmaqda qərarlıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Fevral 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri