Icma.az
close
up
RU
Athaatdı Yunus Oğuz yazır

Athaatdı Yunus Oğuz yazır

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

YUNUS  OĞUZ

Felyeton

Gəncliyimdə bədahətən meyxana deməyim də vardı. Məhəllədə yığışırdıq, iki-üç nəfərə də ipucu verirdik. İpucunun iki sətri hələ də yadımda qalıb. Məncə belə idi:

Athaatdı, gəlib atıb vurdular,
Əcəb deyib kəlləmizi qırdılar.

Hə, "at" sözü çoxşaxəlidir, dərin çalarları var. Məsələn, at heyvan cinsi, güllə atmaq, bıçaq atmaq, çoxmaq -selbələmək, yəni onu atmaq, vıyıldatmaq. Bir də var at sözündən yaranan "atmaq", yəni kəf gələn, atanşik, dolandırıcı, başını və ailəsini dolandıran.
Bu barədə yaxşı atalar misallarımız da var. Bu atalar misalları da həmişə ya ikibaşlı, ya da çoxbaşlı olur. Məsələn dovşana qaç deyir, tazıya (it növü) tut. Buradan nə nəticə çıxır? Sözü deyən adam bu yazıq heyvanların hər ikisinə atır. Tazı dovşanı tuta bilməsə sözü deyən adam dovşanın yanında genələcək ki, bəs, gördün, səni itin ağzından necə qurtardım?! Hələ bir itin də üstünə bütün hirsin, pasın tökəcək ki, ə qurumsaq, bir dənə dovşanı da tuta bilmirsənsə, səni niyə yedizdirirəm? İt bu adamın yanında gözükölgəli olacaqdı, sahibini görən kimi quyruğunu qısıb gözdən uzaq bir yer  axtaracaq. Yox, əgər tazı dovşanı tutub sahibinin ayaqları altına atanda adam gəriləcək, genələcək, ətrafdakılarına da deyəcək ki, görürsən, vəziyyətdən baş çıxartmaq hər oğulun işi deyil, e...
Başqa bir atalar misalı: "Dovşanı araba ilə tutur". Bu da atmağın bir növü. Burada üçüncü tərəf də var. Arabanı müsadirə etmək üçün arabaçıya deyir ki, get dovşanı araba ilə tut. O da gedib tutur. Hə, əsl həngamə bundan sonra başlayır. Üçüncü şəxs arabaçını çəkir haqqı divana, bəs bizim qanunlara görə dovşanı araba ilə tutmaq olmaz. Bu həm də imzaladığımız beynəlxalq konvensiyaya ziddir. Odur ki, arabanı müsadirə edirik. Arabaçı yalvar-yaxar edir ki, ayə qıvlasız, uşaqlarımı bu araba ilə dolandırıram, nə müsadirə. Üçüncü şəxs baş barmağını yuxarı qaldırıb deyir "sən öl" mənlik deyil, oralıqdır. Atan belə olar..e..e.. Bu müsadirədən o yuxarıların heç xəbəri də olmur, əgər səsi çıxmasa. Görürsən atan belə olar, həm yuxarılara atır, həm də aşağılara.
Dünyada da athaatdır. Putin Ukraynaya atır (bombalayır), Trampa atmaq istəyir. Ukrayna Rusiyanın neft infrastrukturlarına atır (dağıdır). İzrail Qəzzaya, İrana, Suriyaya atır. Tramp da hamıya atır (hədə gəlir).
Hə, bu məmləkətdə də atan atanındır, hətta bunun şiddətləndirmə dərəcəsi var, "athaat". Tuthatut olur, athaat niyə olmasın?
O gün biri məndən soruşur:
-Mirzə, bu necə olur? Birinin aylıq maaşı dörd yüz manatdır, amma ayda min beş yüz manat xərcləyir. Arvadı da işləmir, iki uşağı da azyaşlıdır.
Cavab verdim ki, təkcə sən deyilsən buna təəccüblənən. Bütün dünya məmləkətin belə "savadlı" hərəkətinə mat-heyran qalıb. Hamı o min yüz manatı axtarır ki, bəs bu vəsait nəyin hesabına formalaşır. Hə, indi mən sizə deyim haradan formalaşır. Hamı bir-birinə atır, bir sözlə athaatdı. Süpürgəçidən tutmuş ta "vicdanlı" məmurlara qədər. Deyəcəksən süpürgəçi də atır? Bəs nə bilmişdiniz?! O gün qəzet almağa gedəndə görürəm ki, o nimdaşı çıxmış süpürgə ilə zir-zibili bir mağazanın qapısı ağzına itələyir. Barmağımı dişləyib, dedim ki, aha, mağaza sahibi bunun aylığını verməyib. Uzağı deyəcək ki, küləyin burulğanı bütün bunları sənin qapına yığıb.
Yadıma bir əhvalat düşdü. İkimininci illərin əvvəlində ABŞ səfirliyi ərazisini genişləndirmək üçün ətrafdakı binaların mənzillərini şəhər icra hakimiyyəti vasitəsilə satın alırdı. Bir gün redaksiyaya yaşlı bir kişi gəldi ki, bəs Hacıbala müəllim mənzilimin pulunu vermir. Mirzə, bunu yaz, yazdım. Bir aydan sonra gəldi ki, Mirzə, sən yazdın, pulumun bir hissəsini aldım yenə. Baxdım ki, bu kişi məni qazlamaq istəyir. Dedim ki, get ver məhkəməyə, səfirin qəbulunda ol. İndi baxın, o vaxtdan bəri şəhərin müxtəlif hissələrində söküntülər olub, nə qədər adama atıblar. Elə mənim özümə də atıblar. Mirzəağa Əliyevdə evim söküləndə mansardımın pulunu vermədi Hacıbala müəllim. Daş atıb başın tutdu ki, olmaz. Başını daşın altına tuta-tuta mənə atdı.
Böyük "atanşik"lərdən biri də toy mərasimidir. Gedib şadlıq evində toyun keçirilməsini müəyyən qiymətə danışırsan. Sarayın sahibi şərt qoyur; toydan sonra saraydan heç bir ərzaq apara bilməzsən. Niyə, a kişi, bu ərzağın pulunu verməmişəm, niyə apara bilmirəm? Sənə nə var bu ərzağı hara göndərəcəm? Bəlkə yetimləri sevindirəcəm bu ərzaqlarla. Yox, adamın üzünə dururlar ki, olmaz. Xoruzun quyruğu  burada görünür. Qalan ərzağı növbəti toyun ərzaq siyahısına salır.
Hələ mən demirəm, zirzəmilərdə istehsal edilən araqlar, müxtəlif içkiləri xarici mal adı ilə necə sırıyırlar. Hara baxırsan, AQTA? Hara lazımdır, ora da baxır. Ağrımayan başına yaş dəsmal niyə qoysun?
Ən böyük "atanşik"lərdən biri də marketlərdir. Market sahibləri üçün Allah ölüb. Nə Allahları var, nə dinləri var, nə də imanları. Baxın, mənim cibimdə on manat pul var. Girirəm marketə on manatlıq  ərzaq götürürəm. Bilirəm ki, ƏDV (əlavə dəyər vergisi), yəni on səkkiz faiz bu qiymətin içindədir. Yaxınlaşıram kassaya, kassir deyir ki, on bir manat səksən qəpik. Niyəsini, soruşanda cavab verir ki, on səkkiz faiz ƏDV. Bah atonan, sən demə bunlar alıcıdan ərzağın qiymətinin otuz altı faizini çığırda-çığırda alırlar. Elə ərzaq var ki, topdansatışda iki manata aldığı bir nəsnənin üstünə yüz əlli faiz qiymət artırır, yəni beş manata satır. Odur ki, camaat küçə ticarətinə daha çox üstünlük verir. Çek verməsələr də, bir manatın üstünə ƏDV gəlmirlər.
Bu marketlər var ha, adamı göz görə-görə soyurlar. Gedirsən "Ramazan" çörəyi almağa, çəkisi 360-390 qram, qiyməti bir manat on qəpik. Hardasa bir kilosu üç manat otuz qəpik. Tarif  Şurası bəs deyirdi ki, çörəyin qiymətini qaldırmaq olmaz. Bu qiymətə beş yarım "zavod" çörəyi almaq olar. Deməli "Ramazan" çörəyinin bir tonu, üç min üç yüz edir. Vay dədə, vay! Qaz vurub, qazan doldurmaq buna deyərlər, e.., cınqırını da çıxarda bilmirsən. Cınqırını çıxartmamaq üçün elə bil marketlərin hamısına "atanşik" duası yazıblar.
Qaz demişkən, orada borulara elə hava vururlar ki, sən özündən çıxarsan, hava borudan çıxmır. Dörd saat gözləyirsən ki, sözün əsl mənasında bu zəhrimar qaz boruya nə vaxt dolacaq?
Bu MTK-lardan heç danışmağa dəyməz. Pay sahiblərinə elə atırlar ki, əlin üzündə qalır. Elə oyunlardan çıxırlar ki, adam deyir bu nə oyundur düşmüşəm. Nazirlər Kabinetinin təsdiq etdiyi "Mənzil Məcəlləsi" onlar üçün tuneldən keçən qatara bənzəyir. Uzun fit verib tunelə girir. Ordada qaranlıq, zülmət. Paravoz işıqlarını yandırmasa elə bilirsən ki, sonsuzluğun içindəsən.
MTK pay sahiblərinə yeriyən pul qabı kimi baxırlar. Nə isə MTK-lar atmaq üzrə rekord qırdıqlarına görə, onlardan ayrıca yazmaq lazımdır.
Bu it-pişiyin idarəsi var, hə onu deyirəm. O idarə itlərə, pişiklərə atır. Şəhər doludur küçə itlərilə, pişiklərilə. İt kimisə qapır, pisiklər bit-birəni küçələrə doldurur. Hətta bəzi insanların bu küçə heyvanlarına yazıqları gəldiyi üçün onları yemləyirlər də. Daşdan səs çıxır, bu idarədən səs çıxmır. Onlarda şəffaf heç yoxdur. Bir dəfə mətbuata çıxıb demirlər ki, bu işləri gördük. Daha küçə itləri üstünüzə tullanmayacaq, sizi qapmayacaq. Əvəzində pul silmək üçün sovetlərdən qalan "pripiska"ları köhlən ata mindirib "Cıdır" düzündə cövlan edirlər.
Kücələri işıqlandıran idarə küçə işıqlarına atır.
Banklar müştərilərinə, müştəri də krediti ödəyə bilmədiyi üçün qaçıb gizlətməklə banka atır.
Bulvar İdarəsi dənizə atır, sonra da gedib "Ağ şəhər"də altı-yeddi mənzil alır.
Kənd təsərrüfatına su yönəldən idarə sahibkara göz-qaş eləyir ki, cibimi doldurmasan susuz qalacaqsan.
Liftlərin tros idarəsi trosa atır.
Hansını deyim?  
Bir sözlə athaatdı. Sən də deyirsən ki, dörd yüz manat maaş alan adam, necə min beş yüz xərcləyir?
Hə, di bəsdir. Yazını bitirim, durum görüm mən də kimə atıram.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 Avqust 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see490

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see320

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see254

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see220

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see220

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see214

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see184

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see179

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see176

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see175

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see174

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see171

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see169

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see168

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see163

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see159

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see158

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see156

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see156

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri