Icma.az
close
up
RU
Padişahın duası Yunus Oğuz yazır

Padişahın duası Yunus Oğuz yazır

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

YUNUS  OĞUZ

Pritça

Qədim zamanlarda bir ölkə qonşu ölkəni təhdid edir, hədələyirdi, getdikcə müharibə vəziyyəti yaranırdı.Bir gün təhdid olunan ölkənin padişahı vəzirinə deyir ki, gəl bir çıxaq camaatın içinə, görək xalq bu barədə nə fikirləşir?
Vəzir cavab verir:
-Qurban olduğum, əgər biz bu qiyafətdə xalqın içinə çıxsaq, hər kəs özünü qibleyi-aləmin yanında göstərmək üçün, deyəcək ki, sizin sayənizdə düşməni əzib keçərik. 
Padişah deyir:
-Vəzir, sizə kim dedi ki, biz bu qiyafətdə gedəcəyik?
...Nağıl dili yüyürək olar. Padişah və vəzir dərviş paltarı geyinib, gecə vaxtı çıxırlar şəhərə. Bir az getdikdən sonra görürlər ki, bir evdən işıq gəlir, qapını döyürlər. Qapını açan ev sahibi alt paltarda onların qarşısına çıxır və qəzəblə soruşur:
-Nə istəyirsiniz?
Padişah cavab verir:
-Biz qərib dərvişlərik, gecələməyə yer axtarırdıq. Səni bu halətdə görüb daha heç nə istəmirik.
Ev sahibi istehza ilə bunlara deyir:
-Ayə, siz nə həyasız dərvişlərsiniz.-Onlar yola düşəndə hələ də kişinin səsi gəlirdi. - Gəlib gecə vaxtı insanları rahatsız edirsiniz.
Bir az getdikdən sonra yenə işığı yanan bir ev gördülər. Qapını taqqıldatdılar. Bu dəfə qarşılarına döyüş geyimində, təpədən dırnağa qədər silahlanmış ev sahibi çıxdı:
-Xoş gəlmişsiniz, ağa dərvişlər, - dedi, - mənə bir qulluğunuz.
Padişahın yerinə vəzir dilləndi:
-Ağa, biz qərib dərvişik, Allah xatirinə, bizi bir gecəlik qonaq edərsiniz?
Ev sahibi güldü.
-Nə ağa, məndən ağa çıxar, adi bir dulusçuyam. Allaha da qurban olum, onun qonağına da, keçin içəri.
Otağa keçəndə ev sahibi lampanın işığını bir az da artırıb qonaqlara baxıb soruşdu:
-Aclığınız varsa, deyim bir şey hazırlasınlar.
Bu dəfə padişah cavab verdi:
-Narahat olmayın, əxilərin yeməyi quru çörəklə sudur, onu da yemişik, içmişik.
Birdən şahın gözləri divardan asılmış, dəridən hazırlanmış xəritəyə sataşır. Bu xəritədə düşmənin  və öz ordusunun mövqeləri sərgilənmişdi. Düşmən mövqelərinə qara sap, öz mövqelərinə isə qırmızı sap keçirilimiş iynə sancılmışdı. 
Padişah əlini xəritəyə uzadıb soruşdu:
-Bu nədir?
Ev sahibi cavab verdi: 
-Qurban olduğum ağa dərviş! Allahdan gizlin deyil, sizdən niyə gizli olsun? Şəhərdə söz-söhbət gəzir ki, müharibə olacaq. Mən də bu xəritəni hazırlatdırdım, evə gətirdim. İynələri sancdım xəritənin üstünə. Düşündüm ki, əgər düşmən hücum edərsə, onun hansı cinahı zəif olarsa oradan hücuma keçək. Sonra isə qurd döyüş üsulu ilə  onu mühasirəyə alarıq. 
Padişah baxdı ki, dulusçu müharibə aparmaq üsulunu əməlli-başlı bilir. 
Daha bir söz demədi, yıxılıb yatdılar. Səhər o başdan durub ev sahibinə təşəkkür edib saraya döndülər. Padişah qırmızı paltar geyinib taxta çıxaraq vəzirinə əmr verdi:
-Get,dünən  qapılarını döydüyümüz adamları gətir bura.
Bir azdan hər ikisi padişahın hüzurunda idi. Dulusçu onu tanısa da məğrur durmağından qalmadı. O biri ev sahibi isə əsim-əsim əsirdi.
Padişah ona qəzəbləndi:
-Gəda, eşitdim, dünən gecə qapından iki dərvişi qovmusan, hətta arxalarınca istehza da etmisən. 
Kişinin  ürəyi qorxudan ayaqlarının altına düşdü.
-Qələt eləmişəm, qurban olduğum.
Padişah əmr verdi:
-Aparın ona on şallaq vurun. Mühafizəçilər kişini əngir-boyun eləyib sürüyə-sürüyə apardılar. Sonra üzünü dulusçuya tutdu. - A kişi, sən dulusçu ola-ola müharibə haqqında düşünürsən. Get dulusçuluğunu et də.
Dulusçu təmkinini pozmadan cavab verdi:
-Qibleyi aləm, axmaq olasan ki, bilməyəsən. Müharibə başlasa və məğlub olsaq, təkcə dövlətimizə ziyan dəyməyəcək, həm də mənim ailəmlə yanaşı hər bir ailəyə zərər dəyəcək. Dövləti qorumalısan ki, ailən də sakit və qorxusuz yaşasın. 
Padişah baxdı ki, dulusçu həm də adamı inandıra bilir. Əmr verdi: 
-Yaxşı get, səni hələlik tavaçı (əsgər toplayan) təyin edirəm. 
Dulusçu baş əyib çıxandan sonra vəzir soruşdu:
-Qibleyi aləm, çox olmadı?
-Yox çox olmadı, - padişah cavab verdi. - Biz birinci evə getdik, adam qabağımıza alt paltarında çıxdı. Deməli, bu adam nəinki dövlətini, heç ailəsini də qorumağa qadir deyil. İkinci ev sahibi isə bizi döyüş geyimində qarşıladı, evində də döyüş xəritəsi, qurd döyüş üsulu. Atalarımız, dədələrimiz buna Turan döyüş üsulu deyirdilər. 
Sonra padişah iki əlini də göyə qaldırıb dua elədi: 
-Tanrım, dövlətimizi əbədi yaşatmaq üçün bizi həmişə belə ailələrə möhtac eylə!

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Avqust 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri