Icma.az
close
up
RU
ATİAHİ RK gənclərin vətənpərvərlik tərbiyəsində rolu

ATİAHİ RK gənclərin vətənpərvərlik tərbiyəsində rolu

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnsan təbiəti etibarı ilə zamanın və məkanın tələblərinə uyğun olaraq formalaşır və inkişaf edir. Qədim Yunanıstanda, Renesans dövründə şəxsiyyətin hərtərəfli inkişafı, azad, yaradıcı fəallığını, tərbiyənin üstünlüyü ilə məşğul olmaq cəmiyyəti həmişə düşündürmüşdür. Tərbiyə idealı əsasən zaman kontekstində öz müsbət həllini tapmaq üçün cəmiyyət tərəfindən cəhdlər müşayət olunub. Hal-hazırda cəmiyyət üçün dominant keyfiyyətlərin tərbiyəsi, onun sosiallaşması və sosial adaptasiyası, təhsil alanların geniş dairəsini ümumiləşdirərək ona təsir imkanlarının maddi və mənəvi tərəflərini motivləşdirə biləcək Həmkarlar təşkilatlarının artan və kütləvi rolu ilə qarşılaşırıq. 

Şagird və tələbə şəxsiyyətinin sosiallaşmasında onun cəmiyyət üçün yararlı bir üzvə çevrilməsində həmkarlar təşkilatı zaman kontekstini qiymətləndirərək onun vətənpərvərlik, vətəndaşlıq meyllərinin formalaşması üçün həyata keçirdiyi tədbirlər ansamblı təkcə şagird və tələbəni deyil, həm də pedaqoji kollektivlərinin hamısını ehtiva edir. 

ATİAHİ RK şagird və tələbə kollektivlərinin vətəndaşlıq, vətənpərvərlik ruhunda tərbiyəsində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin son illərdə dəfələrlə vurğuladığı vətənpərvərlik ideallarının orta, ali məktəblərdə, ailə və cəmiyyət tərəfindən həyata keçirilməsinin vahidliyin təbliği haqqında göstərişləri cəmiyyət tərəfindən birmənalı qarşılanıb. 

Bu zəfər qalibiyyətindən irəli gələn çox vacib, dövlətçilik üçün əhəmiyyət daşıyan və gələcəyə hesablanmış mühüm sosial-siyasi hədəfdir. 

Məsələnin Dövlət səviyyəsində belə qoyuluşunu düzgün qiymətləndirən ATİAHİ RK şagird və tələbələr içərisində bu tərbiyənin paradiqmasını Zəfər Qalibiyyətinin mədəniyyətin tərbiyəsi əsasında icrasını nəzərdə tutur: 

1. Qalibiyyətin yaratdığı mədəni dəyərlərə yiyələnmə. ATİAHİ RK son 8 ay müddətində Respublikanın hər yerində müəllim, şagird, tələbələr içərisində emosional, dinamik məzmunu və cəlbediciliyi ilə fərqlənən, çox sürətlə şagird və tələbə gənclərin müsbət davranışlarına çevrilmiş tədbirlər həyata keçirilmişdir və bu proses davam edir. Orta və ali təhsil müəssisələrində təşkil edilən dəyirmi masalar, seminarlar, disputlar, dialoqlarda həmkarlar ittifaqı fəallarının təşəbbüskar mövqeyi və mövzuların dövlətçilik baxımından qiymətləndirilməsinin çox böyük əhəmiyyəti olmuşdur. 

2. Həmkarlar təşkilatının köməyi ilə tərbiyənin sosial dəyərlərinin təşkili, qiymətləndirilməsi və mənimsənilməsi üçün, orta və ali təhsil müəssisələrində vətəndaşlıq və vətənpərvərlik mövzusunda tərbiyəvi təsir vasitələrindən stabil, davamlı, ardıcıl icra mexanizmlərinin tapılması və icrası həyata keçirilmişdir. 

3. Həmkarlar təşkilatı tərəfindən vətənpərvərlik və vətəndaşlıq tərbiyəsində şagird və tələbə kollektivlərində pedaqoji qarşılıqlı təsirlə (HK və pedaqoji kollektivlər) həyata keçirməni nəzərdə tutmuş və icra etmişdir. 

Zəfər qalibiyyətinin yaratdığı mədəni dəyərlərə yiyələnmənin mexanizmlərini formalaşdırmaq üçün ATİAHİ RK şagird və tələbələrə özünü aktuallaşdırma üçün çox geniş, məzmunlu tədbirlər planı hazırlamış, paytaxt və respublikanın rayonlarında təşəbbüskarlığı stimullaşdıran tədbirlər həyata keçirmiş və keçirir. ATİAHİ RK həyata keçirdiyi bu tədbirlər ansamblı “Təhsil” istirahət mərkəzində, ali və orta təhsil müəssisələrində ilk həmkarlar təşkilatının köməyi ilə auditor¬iyalarda, inkişafa meylli olan gəncliyin təbii qabiliyyətlərini motivləşdirməklə, onların həm də şəxsiyyətinin inkişafını hədəfləmişlər. Gənclik yaş durumunu vacib həyatı motivlərini qiymətləndirməyi və öz komandası ilə istiqamətləndirməyi bacaran ATİAHİ RK sədri Araz Paşayev gəncliyin təbiətindən qaynaqlanan ən yaxşı keyfiyyətləri aşkarlamağı hədəf bilmiş və təhsil müəssisələrində aparılan bu tədbirlər həmkarlar təşkilatlarına inamı artırmışdır, bu gənclərin təhsil sahəsində, işgüzar fəaliyyətdə gənclərin mövqelərinin müəyyənləşməsində, hazırkı anda həmkarlar təşkilatı dövlətdən sonra Elm və Təhsil Nazirliyi ilə birlikdə yeganə motivləşmiş təşkilatıdır. Gənclərin həyatı mövqelərinin qiymətləndirilməsi, vətən¬daşlıq və vətənpərvərlik ideallarının formalaşmasında və bu idealların davranış tərzinə çevrilməsində ATİAHİ RK dominant motivləşmə funksiyası daşıyır. ATİAHİ RK bütün resursları gəncliyin tərbiyəsinə yönəldib. Onun keçən həftə Respublika sarayında ümummilli lider H.Əliyevin 102-ci ildönümü ilə bağlı Ümumrespublika tələbə gəncləri fərdi yaradıcılıq nümunələrinə baxışda məzmunu, hədəflərə istiqamətlənmə və məqsədyönlü fəaliyyətə ciddi cəhdlər ən uğurlu layihələrdən biridir. 

Gənclik bu tədbirdə auditoriyalara və şəxsi həyatı mövqelərinə Ümummilli liderin vətənpərvərlik və vətəndaşlıq, dövlətçilik haqqında fikirlərini, ideyalarına, dövlətə sədaqəti, etibarını daşıdılar, özləri də səhnədə ifa olunan rəngarəng və maraqlı tərbiyəedici məzmuna malik musiqili formanı həm ifa etdilər, həm də 2000 nəfərlik zalı mənimsəmədə bildilər. Ən maraqlı və təsirli, həmçinin Zəfər mədəniyyətindən irəli gələn dəyərlərin səhnə-auditoriya qarşılıqlı əlaqəsini yarada bildilər və 2 saatlıq müddət ərzində bu qarşılıqlı təmaslardan yaranan, gənclik coşqusu ilə müşayiət olunan emosional-dinamik davranış tərzi gəncliyin növbəti davranışı üçün model təsiri bağışladı. Gənclərin təbiəti, onların spesifik motivləri, yüksək emosional gərginliklə ifadə olunan davranışları, onların şəxsi potensialla¬rının icra olunması tərbiyə ilə bağlı hədəfə çatmanın ən gözəl əyani nümunəsi idi. ATİAHİ RK qısa müddət ərzində həyata keçirdiyi bu tədbir Azərbaycan Respublikasının təhsil sahəsini bütövlükdə əhatə etmişdi və minlərlə tələbə gəncin həyatında çox müsbət rol oynamışdır. 

ATİAHİ RK tələbə gəncliyin təbii inkişaf meyllərini yaşa uyğun proqnozlaşdıra bilmiş və gözlənilən hədəflərə çatmaq üçün bütün potensialını işə salmışdır. Bu yolda təşkilatımıza uğurlar arzulayıram. 

M.Məmmədov ADU HİK sədri, Əməkdar mədəniyyət işçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://525.az
archiveBu xəbər 29 May 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri