Icma.az
close
up
RU
ATİAHİ Respublika Komitəsindən növbəti bayram düşərgəsi FOTOLAR

ATİAHİ Respublika Komitəsindən növbəti bayram düşərgəsi FOTOLAR

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) Respublika Komitəsi  müqəddəs Ramazan ayında Novruz  bayramı münasibətilə “Novruz 2025” adlı düşərgə təşkil edib.
Demokrat.az
xəbər verir ki, Xaçmaz rayonunun Xuray kəndində yerləşən “Təhsil” İstirahət Mərkəzində təşkil olunan düşərgədə 350-yə yaxın təhsil işçisi,həmçinin həmkarlar ittifaqının üzvü olan  300 nəfərdən artıq ali məktəb tələbələri iştirak edəcəklər. 
Düşərgədə ilk 5 gündə, yəni  martın 21-dən 25-dək məktəbəqədər təhsil müəssisələrində çalışan təhsil işçiləri, ikinci mərhələdə, yəni, martın 26-dan 31-dək isə müxtəlif ali təhsil müəssisələrindən olan tələbələr iştirak edəcəklər. Düşərgə çərçivəsində bayram proqramları ilə yanaşı, iştirakçıların bilik və bacarıqlarının inkişafına yönəlmiş intellektual oyunların və maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulub.
Düşərgənin açılış mərasimində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Abdullayev çıxış edərək ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayevin Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. T.Abdullayev düşərgədə iştirak edən respublikanın müxtəlif bölgələrindən olan məktəbəqədər təhsil müəssisələrində çalışan ittifaq üzvlərinə xoş istirahət və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 
Martın 21-dən 25-dək “Novruz-2025”  düşərgəsi iştirakçılara vaxtlarını səmərəli keçirmək,  istirahət, məktəbəqədər təhsil işçilərinin uşaqları üçün isə rəngarəng əyləncə proqramı kimi imkanlar təqdim edəcək. “Novruz 2025” bütövlükdə  iştirakçıların sosial inkişafını dəstəkləməklə yanaşı, onların komanda işi və yaradıcılıq bacarıqlarının artırılmasına şərait yaradacaq.
Beş günlük proqram çərçivəsində məktəbəqədər təhsil müəssisələrində çalışan təhsil işçilərinin iştirakı ilə mədəniyyət və incəsənət tədbirləri, əyləncəli şou proqramlar təşkil olunacaq, komanda quruculuğuna dair fəaliyyət istiqamətində əməkdaşlıq və ünsiyyət bacarıqları müzakirə ediləcək. Həmçinin düşərgə iştirakçıları üçün psixoloji dəstək seminarları keçiriləcək.
Düşərgənin ikinci mərhələsində, yəni martın 26-dan 31-dək tələbələr üçün  istirahətlə yanaşı, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə  intellektual bacarıqlarının təqdimatı üçün geniş imkanlar yaradılacaq. Ümumiyyətlə, “Novruz 2025” düşərgəsi gənclərin təfəkkürünün sosial və akademik inkişafını dəstəkləməyi, o cümlədən onların liderlik, komanda işi və yaradıcılıq bacarıqlarını artırmağı hədəfləyir. Burada tələbələr üçün komanda ruhunun və fiziki aktivliyinin artırılması üçün müxtəlif idman yarışları, onların analitik düşüncə və məntiqi təhlil qabiliyyətlərinin inkişaf etdirilməsinə xidmət edən  intellektual oyunlar, mədəniyyət və incəsənət tədbirləri, eyni zamanda, iştirakçıların natiqlik qabiliyyələrinin peşəkar inkişafı, liderlik, şəxsi bacarıqların təkmilləşdirilməsi istiqamətində təlimlər təşkil olunacaq.
Bir sözlə, “Novruz-2025”  düşərgəsi gənclərə yeni dostluqlar qurmaq, fərqli təcrübələr qazanmaq və özünü inkişaf etdirmək üçün unikal bir platforma təqdim edəcək.











Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Mart 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see196

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see164

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see151

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see147

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see137

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see135

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see129

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see129

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see129

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see126

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri